SON DƏQİQƏ:

Ətirlər bizim xarakterimizdən xəbər verir - ÖZƏL

  30558   |  
Şriftin ölçüsü  

Paltar insanın xarici görünüşünü, ətir isə onun daxili dünyasını əks etdirir. Belə ki, seçdiyimiz ətirlər bizim xarakterimizdən xəbər verir. Ətriyyatçı Əli Qubadzadə deyir ki, ətirlər insan haqqında məlumatları əks etdirir. Onun sözlərinə görə, ətirlər yüngül qoxulu, sitrus tərkibli, bitki tərkibli, gül-çiçək tərkibli olmaqla 4 qrupa bölünür. Yüngül qoxulu ətirləri seçən insanlar daha çox təmtəraqlı tədbirləri sevirlər:

“Yüngül qoxu bəyənən insanlar adətən planlaşdırılmış bir işin eyni anda bir ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı ola bilərlər. Bu cür ətirləri sevən adamlar maddi dəyərlərə üstünlük vermir, dostluq və insani münasibətlər onlar üçün daha böyük əhəmiyyət kəsb edir”.

Yüngül qoxulu ətirləri sevən insanlardan fərqli olaraq sitrus tərkibli ətirləri seçənlər isə özlərinə qarşı tələbkardırlar. Buna görə də onlar daha çox diqqət görmək istəyir, bütün səyləri özlərinə yönəldirlər. Şəxsi ambisiyaları öndə olduğu üçün bu cür insanlar hər kəsdən öncə özlərini düşünürlər. Onların əksinə olaraq bitki tərkibli ətirlərə üstünlük verənlər isə ailə üzvlərinə daha çox zaman ayırırlar.

Əli Qubadzadə: “Bu cür tərkibli ətirləri sevən insanlar sağlamlığına və qidalanmasına ciddi nəzarət edən insanlardır. Təbii tərkibli məhsullardan istifadə edirlər. Ailə ilə birlikdə vaxt keçirtməyə daha çox üstünlük verirlər”.

Sitrus tərkibli ətirləri bəyənənlər kimi gül-çiçək tərkibli ətirləri xoşlayanlar da ailəyə daha çox bağlı olan insanlardır. Onlar qarşılıqlı münasibətləri qorumağa çalışır, həmsöhbətini dinləyir, başa düşür və öz məsləhətlərini verməyə hər zaman hazırdırlar.

Əli Qubadzadə: “Bu qoxuları sevən kəslər ev rahatlığını, səsli-küylü ailə bayramlarını, qonaqlı-qaralı axşam yeməklərini, ən əsası, uşaqları ilə əylənməyi çox sevirlər”.

Jan-Pol Qerlen deyirdi ki, əgər kişi qadına ilk baxışdan aşiq olursa, deməli, onun ətir seçimi uğurlu olub. Zövqünüzə uyğun şəkildə uğurlu seçim edin.

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-20
2021-04-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK