SON DƏQİQƏ:

AQİL ABBASIN AD GÜNÜDÜR - Hidayət Elvüsal yazır

  35538   |  
Şriftin ölçüsü  

Bir-iki kəlmə demək istəyirəm.

Bu gün ona söyənlər bilsələr yaxşıdır.

Özünə müxalifət, azad qələm sahibi, post-model, demokrat...deyənlərin bir dəstəsi Şamaxıya getmişdi. Deyirdilər ki, Mirzə Ələkbər Sabir babamıza şikayət edəcəyik. Deyəcəyik ki, baba, bizi incidirlər, döyüelər, söyürlər, pulunu da ( !!!) vermirlər ( yeri gəlmişkən xatırladım ki, Sabir babanın o şikayətçı nəvələri indi canla-başla həmin hakimiyyətə qulluq göstərirlər ).

Getdilər Şamaxıya və qaldılar düzün ortasında. Babalarının qəbrini tanımırdılar axı. Yenə Aqil Abbas sağ olsun, Qarabağa yardım apararkən.bunları gördü və başını bulaya-bulaya dedi:

-- Ə, dalımca gəlin, babanızın qəbrini sizə göstərim. Mən heç olmasa ildə bir dəfə onu ziyarət edirəm.

Rauf Arifoğlu başda olmaqla dəstə düşdü Aqılın arxasına. BÖYÜK KİŞİNİN məzarına çatanda Aqil Abbas həmişəki kimi onun ruhuna dua oxudu, salavat çevirdi və dedi:

-- Di babanıza nə şikayətiniz varsa eləyin...

...Aqil.Abbas əslində bir qazidir. Bəlkə də Qarabağ müharibəsində heç kim onun qədər olmayıb. Həmişə əsgərlərimizə, camaata yardım daşıyıb. Rəhmətlik Allahverdi Bağırovla ermənilərlə danışıqlarda olub, əsirlərin, cənazələrin dəyişdirilməsinin şahidi, iştirakçısı olub. Bəlkə heç bu gün də ailəsi bilmir ki, pulu-parası olmayanda Aqil borc tapıb cəbhəyə yardım edirdi. Rəhmətlik anasının yadigar verdiyi üzüyü, yaxud başqa bir zinət əşyasını satıb, əsgərlərə ərzaq, pal-paltar aparırdı.

Niyə dinmirsiniz, qazilər ? Bu həmin Aqildir, yolunu gözlədiyiniz Aqil !

Və...

Bu gün Aqilə söyənlər öz ailə arxivlərinə baxıblarmı ? Onların ataları neynəyiblər? Bəlkə bir " DOLU " yazıb, tarixi yaddaşlara həkk ediblər. Yoxsa əksəriyyəti kimi -

-- bu gün söyüb, sabah ondan pul istəməyə gəlməyəcəklər ?

Bəylər , Aqil Abbas hamının əli çatan.yeganə Millət Vəkilidir. Sizə bu qədər yaxın olduğundanmı yeri gəldi-gəlmədi təhqir edirsiniz ?

Bəzilərinə isə tanıdığımdan bir söz deyim:

-- Qaqaş, atan ananın arxasında gizlənəndə Aqil vuruşurdu.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-20
2021-04-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK