adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Aprel 2021 10:48
30366
ELM VƏ TƏHSİL
A- A+

Ağdamda 7 məktəb koronavirusa görə bağlanıb

Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib.

Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov Trend-in Qarabağ bürosuna bildirib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb.

Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif, 97 saylı tam orta məktəbdə 1 sinif fəaliyyətini dayandırıb.