adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Aprel 2021 12:34
26642
GÜNDƏM
A- A+

“Mən Ermənistanda məscid tikə bilərəm?” - Allahşükür Paşazadə

30 ildən sonra biz ilk dəfə Ramazan ayını qalib xalq kimi qeyd edirik. Allah bizə bunu nəsib etdi.

Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz erməni işğalı altında olan torpaqlarımızı azad etdi.

“Biz o torpaqlarda olduq. Bizim oradakı 67 məsciddən 64-ü məhv edilib. Ziyarətgahları haram olan heyvanlarla doldurublar, məscidlərimizdə saxlayıblar. Bu, ermənilərin İslama, azərbaycanlılara qarşı münasibətini bildirir. Bakının mərkəzində erməni kilsəsi təmir olunub. İstəyən adamlar ora gedə bilər. Vaxtilə Qaregin də oranı ziyarət etdi, kitablara baxdı və təəccübləndi. Gedəndən sonra yalandan dedi ki, orada təmirsiz yerlər var idi. Əslində belə deyildi, kilsə tam təmir olunmuşdu. Erməni xislətini göstərib yalan danışdı. İndi isə dini liderlərə göstərmək istəyir ki, guya Qarabağda onların kilsələr dağıdılıb. 2017-ci ildə yeni kilsə tikiblər ki, heç bir memarlığa uyğun deyil. İndi dünyaya çar çəkirlər ki, erməni kilsəsini dağıdıblar. Amma bizim 64 məscidimizi darmadağın ediblər, dünya ictimaiyyəti bir söz demir. İkincisi, bura sənin torpağın deyil. Mən Ermənistanda məscid tikə bilərəm? Amma burada kilsə tikirsiniz”.

QMİ sədri bildirib ki, ermənilərin mina xəritələrini verməməsi nəticəsində partalayan hər mina insan həyatına yönəlik terrordur.

“Ermənilərin niyyətləri ancaq təxribatdır. Bu, bir şeyi əldə etmək deyil. 30 il ərzində mövcud olan evləri dağıdıblar. Dağıdıcılıq onların xislətindədir. Bütün dünya bu gün bizi qalib xalq kimi tanıyır. Bu gün Azərbaycan haqqında fəxrlə danışıram. 5-10 il əvvəl Azərbaycan deyəndə yerini tanımırdılar. Amma bu gün hər kəs tanıyır, qiymət verir, Ali Baş Komandanın atdığı addımları bəyənirlər. Ermənilər hələ də özlərinə gələ bilmirlər ki, 44 gün ərzində biz 30 il orada möhkəmlənən faşistlərdən torpaqlarımızı təmizlədik. Bu, Prezident İlham Əliyevin rəhbərliyi il oldu. Şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirəm”.