adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Aprel 2021 13:12
46176
ŞOU-BİZNES
A- A+

Mətanət Əsədova: “O qədər tənhayam ki, hər gecə ölürəm”

Müğənni Mətanət Əsədova şəxsi həyatından danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “Gün ortası” verilişində bu sözləri deyib:

“Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu, mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi”. 

Müğənni ailə qurmaq istəyindən də söz açıb: “Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, xarakterimə uyğun olmalıdır”.