adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Aprel 2021 18:25
18463
DÜNYA
A- A+

"Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb" - Peskov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsini necə irəli aparması Vaşinqtonun xoşuna gəlmir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, ABŞ daha "yumşaq" bir Ankaraya üstünlük verərdi.

"Türkiyənin suverenliyi və suveren bir inkişaf kursuna sadiq qalması, ABŞ və NATO üçün narahatlıq yaradan mövzudur. Ərdoğanın inamla Türkiyəni irəli aparması Vaşinqtonun xoşuna gəlmir, çünki onlar "sözəbaxan" bir Türkiyəyə üstünlük verərdilər. Ancaq bu, belə deyil. Türkiyə artıq fərqlidir, inamla ayaq üstə dayanıb".