adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 May 2021 08:56
28729
SAĞLAMLIQ
A- A+

ÜST vaksinasiya üçün tələb olunan məbləği açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus cari və növbəti il üçün tələb olunan vaksinasiya xərclərini açıqlayıb.

TASS xəbər verir ki, Cenevrədə keçirilən brifinq zamanı ÜST başçısı bildirib ki, 2022-ci ildə dünya əhalisinin yetkinlik yaşına çatmış hissəsinin böyük bir qisminin koronavirusa qarşı peyvənd olunması üçün 35-45 milyard dollar vəsait lazımdır.  

Təşkilat sədrinin sözlərinə görə, cari ildə də müvafiq işlərin icrası üçün 19 milyard dollara ehtiyac var.

T. Qebreyesus onu da əlavə edib ki, bu məbləğlər ÜST ekspertləri tərəfindən hesablanıb və təqribi xarakter daşıyır.