adalet.az header logo
  • Bakı 11°C
05 May 2021 11:06
27920
DÜNYA
A- A+

Rusiyaya qarşı təzyiqlər artır

ABŞ -ın dövlət katibi Entoni Blinken beynəlxalq öhtəliklərə əməl etməsi üçün Rusiyaya qarşı təzyiqlərin artırılmasını təklif edib. " Rusiyanın hərəkətlərinin qarşısının alınması, Moskvanın beynəlxalq müqavilələrə və öhtəliklərə əməl etməsi üçün biz  birgə çalışmalıyıq"- deyə o, özünün Twitter səhifəsində yazıb.
 

Dövlət departamentinin nümayəndəsi Ned Prays Blinkeni dəstəkləyərək qeyd edib ki, Rusiya Minsk razılaşmalarına görə razılaşmalara əməl etməli və Ukraynanın qərbində münaqişənin nizamlanması məsələsinə ciddi yanaşmalıdır. " Rusiya həmçinin Krımın işğalına son qoymalıdır"- deyə Prays yazıb.
 

Bu arada Londonda  G7 liderlərinin  iyun sammitinə hazırlıq məqsədi ilə klub dövlətlərinin xarici işlər nazirlərinin görüşü keçirilir.  G7 XİN rəhbərlərindən başqa Hindistan, Avstraliya, Cənubi Koreya, CAR və Cənubi-Şərq dölətləri Assosasiyası nümayəndələri də qonaq kimi dəvət olunublar.    Görüşün ikinci yığıncağında çıxış edən Yaponiyanın xarici işlər naziri Tosimusu Moteqa klub üzvlərinə Rusiyaya qarşı "qarşılıqlı münasibət" göstərmək planının hazırlanmasını təklif edib.
 

Britaniya Rusiyanın Ukrayna sərhədlərindəki hərəkətlərini  "nəticəsiz" əməllər kimi qiymətləndirib. 
 

Rusiya tərəfi ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini , bu cür sübutsuz bəhanələrlə NATO qüvvələrinin Rusiya ətrafına yerləşdirilməsinə çalışdıqlarını bildirib.
 
Rüstəm Hacıyev