adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyun 2021 12:13
52171
ŞOU-BİZNES
A- A+

Nigar Camaldan növbəti cazibədar paylaşım: Dar geyimlər...

Azərbaycana 2011-ci ildə “Avroviziya” qalibiyyəti bəxş edən cazibədar müğənni Nigar Camal hər dəfə fərqli və yarıçılpaq fotolu paylaşımla gündəmə gəlib. Hətta ötən yay ifaçı bikinidə şəklini paylaşaraq, "uğurunla onları öldür, gülüşünlə isə dəfn elə" şərhi qeyd edib. Onun fotosu birmənalı qarşılanmayıb. Tənqidlərə tuş gəlmişdi.

Adalet.az xəbər verir ki, müğənni yenidən pərəstişkarlarının qarşısına çıxıb. Belə ki, o, sosial şəbəkə hesabında dar geyimlərdə fotosunu paylaşıb. Foto minlərlə izləyici tərəfindən bəyənilib. Nigarın fanatları ona komplimentlər yazıblar.

Qeyd edək ki, Nigar Camal açıqlamalarının birində geyimləri haqqında bunları demişdi:"Uzun saç sevirəm, saçlarım tez-tez gözəllik salonuna getdiyim üçün yandı və qurudu. Evdə jojoba yağı ilə maska tətbiq edirəm. Üzümə gündə iki dəfə nəmləndirici krem sürtürəm. Gündəlik həyatımda əsla makiyaj etməyib dərimi istirahət etdirirəm. Şort və mini ətək geyinməyi sevirəm. Səhnədə də qısa paltarlar geyinmək xoşuma gəlir. Çünki ayaqlarıma güvənirəm".

Əntiqə Rəşid