adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Iyun 2021 11:48
45760
MARAQLI
A- A+

Evlilik təklifi üçün torpağı qazdı, 60 minlik almaz tapdı

Kristian Liden sevdiyi qıza evlilik təklifi edərkən ona verəcəyi üzük üçün xüsusi bir daş axtardı və nəhayət 60 min dollar dəyərində dünyada yeganə olan 2,2 karatlıq sarı almaz tapdı.

26 yaşlı Liden bunun üçün Arkanzasdakı Crater of Diamonds əyalət parkına gedib.

Üç gün torpağı qazdıqdan sonra 10 may parlaq bir daşa rast gəlib.

“O qədər titrəyirdim ki, dostumdan onu çıxarmasını istədim” – deyən Liden Vaşinqtondan çıxdığı bu səfəri ürəyi istədiyi kimi başa çatdırdığını dilə gətirib.

Əslində Liden beş ildir gəzib kifayət qədər qızıl toplamışdı, amma son gəzintisi onu indiyə qədər etdiyi ən böyük kəşfinə çatdırdı.

“Heç belə bir şey gözləmirdim Sadəcə bir dənə tapacağıma ümid edirdim. Sadəcə üzüyə taxdırıb “ey, o almazı mən tapdım” demək istəyirdim” – deyə Liden CNN-ə açıqlamasında bildirib.

O, bir dostunun Arkanzasdakı parkdan danışmasından sonra ora getməyə qərar verib.

Təxminlərə görə, iki karatlıq almazın dəyəri 8,500-59,000 dollar arasında dəyişir. Amma hələ ki dəqiq bir dəyərləndirmə yoxdur.

Bu dövlət parkı 1972-ci ildə “General Earth Minerals”dan 750,000 dollara alınıb. Park ziyarətçilərin daimi olaraq daş-qaş tapdığı almaz axtarma sahəsinə sahibdir. Bu il indiyə qədər 20 karatdan daha ağır 121 almaz qeydə alınıb.

Qeyd edək ki, “Crater of Diamonds” əyalət parkının giriş haqqı 10 dollardır və yer sayı günlük 1500-ə qədərdir.

 

Eminquey