adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 Iyun 2021 16:09
29516
SİYASƏT
A- A+

"Qafqazda sülh və sabitlikdən bütün dünya qazanacaq" Ərdoğan

Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir. Bu zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır.

Adalet.az xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxış edərkən söyləyib.

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə danışan Türkiyə Prezidenti deyib: “Qafqazda sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişaf etdirilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq”.