adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Iyul 2021 13:10
53939
SİYASƏT
A- A+

Millət vəkili: "Ermənistan yeni reallıqla barışmasa..."

Xəbər verdiyimiz kimi,  günlərdir sərhəddə atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 28-də saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbçisi- baş leytenant Ayk Qevorkyan, əsgərlər - Koryun Arutyunyan və David Koçaryandır. məhv edilib.

Daha sonra Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Ermənistan-Azərbaycan dövlət sərhədində iyulun 28-də Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünün tərəfimizdən qəbul edildiyini bəyan edib. Qeyd olunur ki, buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Məlumatda qeyd olunub ki, bu gün saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.Qarşı tərəf cavab atəşi ilə susdurulub.Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

“Belə görünür ki, ötən il sentyabr ayında Azərbaycana qarşı təxribat törətməklə, 44 günlük Vətən Müharibəsinə səbəb olub, darmadağın edilən ermənilər yenə də köhnə xasiyyətlərindən əl çəkmək istəmirlər”.

Bu sözləri ermənilərin sərhədlərimizdə təxribatlarının intensizvləşdiyinə toxunan millət vəli Aydın Hüseynov “Adalet.az”-a açıqlamasında dedi.

Onu sözlərinə görə, uzun müddət idi ki, Ermənistan bütün hüquq normalarını, BMT-nin 4 qətnaməsini və bir çox beynəlxalq təşkilatların tələblərini pozaraq 30 il ərzində Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayırdı. Bu azmış kimi, o əraziləri bütövlükdə sözün əsl mənasında xarabalığa çevirib. Həmçinin, o əraziləri Ermənistan terrorçuların yuvası, narko-trafikin mərkəzi halına gətirmişdi. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Prezindeti cənab Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunandan sonra artıq regionda yeni reallıq yarandığını bildirən millət vəkili qeyd etdi ki, reginoda yerləşən 6 ölkənin iştirak edəcəyi platforma üzərində siyasi-iqtisadi və mədəni əlaqələrin yaranması, bütövlükdə  regionun dünyaya inteqrasiya üçün geniş imkanlar acılıb:

“Lakin Ermənistan 10 noyabr kapitulyasiya aktına qol çəkməsinə baxmayaraq, Rusiyanın qarant kimi iştirak etdiyi üç tərəfli bəyanatın maddələrini yerinə yetirmir. Yenidən gərginlik yaradır, sərhəddə atəşkəsi intensiv pozur. Təbii ki, Azərbaycan öz suveren hüquqlarını, öz dövlət sərhədlərinin toxunulmazlığını təmin edəcək. İndiyədək biz yalnız bunun sübutunu görmüşük. Ermənistan rəhbərliyi isə isə xarici qüvvələrin təsirivə taziyiqi ilə, həm də daxilindəki gərginliyikdən yayınmaq mqəsdəilə sərhəddə gərginlik yaradır. Şükürlər olsun ki, hələ də ermənilərin təxribatına qarşı ordumuzun igid əsgərləri layiqli cavab verirlər. Artıq Rusiya Federasiyasının təşəbbüsü ilə atəşkəs elən olunsa da, ermənilər buna məhəl qoymadan gərgibliyi davam etdirilər”.

Açıqlamasında millət vəkili onu da vurğuladı ki, Azərbayan üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə  yetirir. “

Artıq bildiyiniz kimi, Rusiya prezidenti bu məsələ ilə bağlı iki dəfə Təhlükəzislik Şurasının iclasını keçirib. Birinci dəfə hətta ermənilərə xəbərdarlıq da etdi ki, 10 noyabr anlaşmasına hörmət etsinlər, əks halda qaçılmaz olan müharibə onlar üçün fəlakət deməkdir. Bununla yanaşı, Rusiyanın da Müdafiə Nazirliyi bəyanat yaydı ki, Ermənistan yeni reallıqla barışmasa Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün addım atacaq. Onlar Ermənistanı boş yerə xəbərdar etmirlər. Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əlievin qətiyyətli bir rəhbər olduğunu, həmçinin 44 günlük Müharibədə ordumuzun göstərdiyi çücəti yaxından müşahidə ediblər. Ona görə də, Ermənistan ağlını başına yığıb sülh müqaviləsinə qol çəkməlidir, əks halda bu onlar üçün böyük fəlakət olacaq”.

İLTİFAT