adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Iyul 2021 14:19
48742
MƏDƏNİYYƏT
A- A+

Səsindən öpüləcək sənətkar-  Flora Kəromova

Xoşbəxtlik təkcə insanın həyatda yaşadığı sevincli hadisələrlə ölçülmür. Xoşbəxtlik bir millətin tarixində baş verən önəmli hadisələrin iştirakçısı olmaq, millətin tarixində qızıl hərflərlə adını yazdıran şəxsiyyətlərlə eyni dövrdə yaşamaq və onları şəxsən tanımaqdır. Bu mənada mən  həqiqətən özümü xoşbəxt saya bilərəm ki, Flora Kərimova kimi musiqimizin canlı əfsanəsi ilə eyni zamanənin insanıyam və onu şəxsən tanıyıram.

Bu gün ölkə başçısı möhtərəm Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub. Həmçinin Prezident sənətkarın musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə ona “Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam” da imzalayıb.

Çox təqdirə layiq bir addımdır. Bir Azərbaycan vətəndaşı kimi mən Prezidentimizin bu humanist addımını alqışlayıram. Çünki Flora Kərimova səsindən öpüləcək sənətkardır.

Təbrik edirəm!

 

Hörmətlə: Aqil Abbas və “Ədalət” qəzetinin kollektivi