adalet.az header logo
  • Bakı 7°C
01 Avqust 2021 15:31
50667
MƏDƏNİYYƏT
A- A+

Uşaqların dilindən düşməyən, musiqisevərlərin qəlbində yaşayan BƏSTƏKAR

Bu gün görkəmli  tanınmış bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin anım günüdür .


Adalet.az xəbər verir ki, Qəmbər Hüseynli 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.
Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.
Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisi olan ”Cüclərim” mahnısını yaratmaq böyük sənət uğuru idi.
“Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Vaxtilə kino xadimlərimiz Fransada olarkən Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və qonaqlara üz tutaraq deyir: “Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Qəmbər Hüseynli 1961-ci il avqustun 1-də dünyasını dəyişib.