adalet.az header logo
  • Bakı 7°C
18 Avqust 2021 14:22
11052
ELM VƏ TƏHSİL
A- A+

Yazıq abituriyentlər

Mən də abituriyent olmuşam və qəbul imtahanı verib tələbə adını  qazanmışam. Amma bizim vaxtımızda indiki kimi orta məktəb proqramında lazımsız mövzular tədris olunmurdu. Üstəlik də, kurrikulum deyilən bir məsələ var. Bundan çoxlarının başı çıxmır. Və bu kurrikulum da həm müəllimlərin, həm də şagirdlərin başını xarab edir. Üstəlik də, qəbul imtahanı zamanı bu mövzu ilə bağlı o qədər qəliz suallar salırlar ki, ondan abituriyentlərin çoxu çıxış yolu tapa bilmir. Və axırda da bal toplayanda həmin ümumi nəticəyə mənfi təsir göstərir.

Yazıq abituriyentlər üç il, dörd il repititor yanına gedir, pul verir, müəllim tuturlar, hazırlaşırlar, axırda da onları lazımsız mövzularla o qədər yükləyirlər ki, bu gənclərin əsəbləri pozulur. İndi qəbul imtahanı verib istirahət edən abituriyentlər səbirsizliklə tələbə olacaqları günü gözləyirlər. Onların bir çoxu yorulduğu üçün, hətta yuxudan belə doymurlar. Allah köməkləri olsun!

Emil FAİQOĞLU