adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Sentyabr 2021 15:00
1803
ŞOU-BİZNES
A- A+

 Bir-birinə  təhqirlər yağdıran iki məşhur səhnədə barışdı 

Türkiyə şou-biznesinin iki məşhuru nəhayət ki, bir səhnəni paylaşıb.
Adalet.az
türk mediasına istinadən xəbər verir ki, uzun müddətdir küsülü olan müğənni Seda Sayan və şoumen Mehmet Əli Ərbil barışıb.
 Küsülülük belə başlamışdı: şoumen Mehmet Əli Ərbil Seda Sayan haqqında  "keçmişi təmiz deyil" sözlərini sosial şəbəkə hesabında paylaşmışdı
Sənətçi isə bu paylaşımın cavabında Mehmet Əli Ərbil ilə bütün fotolarını silərək İnstaqramın hekayə bölməsində bunları qeyd etmişdi:

 

"Tuğba ilə evli olarkən evinizdə çalışan qulluqçuya təcavüz edəndə səssiz qaldığım üçün keçmişimin kirli olduğu doğrudur. Hələ ardı da var. Məncə işinlə məşğul ol, ruhunu təmizlə. Bu hadisə məni kirli etmir. Onsuz da boşanma səbəbin bu olduğu üçün bütün yaxınların, ailən hadisəni bilirdi. Hamı səni xilas etmək üçün çalışırdı. Mən yad idim. Keçmişi kirli olan sənsən".

Seda Sayan daha sonra paylaşımlarını silərək "Dua et uşaqlarının xətrinə, Allahdan üzr istə məndən yox" sözlərini yazmışdı.
 
Barışıq hadisəsi də maraqlı alınıb. Sedanın konsertinə dəvətsiz gələn Mehmet "Ah yalan dünya" mahnısını səsləndirərək səhnəyə çıxıb. Sürpriz hərəkətlə üzləşən ifaçı bunu müsbət qarşılayıb və onlar səhnədə qucaqlaşıblar.


Qeyd edək ki, tərəflər tez-tez bir -birini suçlayaraq müzakirələrə səbəb olurdular.

Əntiqə Rəşid