SON DƏQİQƏ:

Mehriban Əliyeva Bakıda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO

  452   |  
Şriftin ölçüsü  

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Adalet.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev Birinci vitse-prezident Mehriban Əliyevaya 88 saylı tam orta məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni tikilən təhsil müəssisəsi 1600 şagird yerlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 37 sinif otağı, məktəbəqədər hazırlıq, fənn kabinetləri və laboratoriyalar, informatika, hərbi hazırlıq kabineti, akt və idman zalları, kitabxana, yeməkxana yaradılıb. Burada 28 sağlam təhsil sinif var. Məktəbin ibtidai sinif şagirdlərinin hamısı bu cür siniflərdə təhsil alacaqlar. Digər təhsil müəssisələrindən müəllim və şagirdlər buraya köçürüləcək. Beləliklə, Binə qəsəbəsində şagird sıxlığının aradan qaldırılmasına və tədrisin səviyyəsinin daha da yüksəldilməsinə nail olunacaq.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sferada innovativ və uğurlu beynəlxalq təcrübənin tətbiqi istiqamətində son illərdə çox böyük işlər görülüb. Dövlət səviyyəsində bu sahədə həyata keçirilən tədbirlərə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca mühüm töhfələr verib. Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrinin coğrafiyası, sayı və miqyası ilbəil daha da genişlənir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz olunması bu sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, eyni zamanda, gənc nəslin daha savadlı və bilikli yetişməsi ilə nəticələnib. Yeni məktəb binalarının və tədris korpuslarının inşası həm də şagird sıxlığını aradan qaldırmaqla, onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Bütün bu işlər bir daha sübut edir ki, Azərbaycanda təhsilin və elmin inkişafına xüsusi diqqət yetirilir və dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK