SON DƏQİQƏ:

"Bir inci saflığı varsa da araqda, artıq içiləndə..." - Eminquey yazır

  1105   |  
Şriftin ölçüsü  

Bir nəfər çayda çimmək istəyir. Amma batmaqdan qorxur. Körpünün üstündə alkaş oturubmuş. Bu da soruşur ki, ay qardaş, bəs su dərin deyil? Batmaram ki? Alkaş deyir ki, yox. Bu suya girir batır, boğula-boğula deyir:

- Bəs deyirdin su dərin deyil?

Alkaş qayıdır:

- Eh, nə bilim, bayaq 3 ördək üzürdü, su sinələrindən idi.

 

***

 

Ədəbi mühit...

Ədəbiyyat...

Şairlər...

Yazıçılar...

Söz əhli...

Qələm əhli...

Hər nədirsə...

... dedikdə ilk ağla gələn ya araq şüşəsi olur, ya da pivə bakalı.

İllərdir bu söz adamlarına baxış tərzi dəyişmir.

“Şair kefli olar da”.

Nə üçün şair, yazıçı deyəndə mütləq cürbəcür don geyindirilmiş “alkoqolizm” yada düşür?

Bu insanların ən çox sevdiyi və ən çox başa düşmədiyi Füzuli, Nəsimi alkaş idimi?

Yaxud Nizami “bir inci saflığı varsa da araqda, artıq içiləndə dərd verir o da” demişdi?

İçməmiş yazmaq olmur?

İnsan istədiyi şeyə istədiyi donu geyindirməyə qadirdir.

Anasının başını kəsənin “şeytan aldatdı məni” deməsi kimi.

Öz alkaşlığına “Dərdimdən içirəm” donunu biçmək sadəcə və sadəcə bu donun arxasında gizlənməkdən başqa bir şey deyil.

Atasını, anasını, bacısını ev yanğınında itirmiş gənclər, hər iki oğlunu müharibədə şəhid vermiş əsgər ataları, iki əlini, bir ayağını, gözlərini itirmiş qazilər, anadangəlmə məhdudiyyətlə doğulan və ömrünün sonuna kimi əzab-əziyyətlə yaşayan insanlar, banka borcu olanlar və s...

Demək, bu adamlar hamısı alkaş olmalıdırlar.

Dərdləri böyükdür və dərdlərindən içməlidirlər.

Dərdi ovutmağın yolu araq şüşəsindən, pivə bakalından keçir.

Xeyr!

Ədəbi mühit sadəcə olaraq əvvəlindən araq şüşəsi və pivə bakalları ilə süslənmiş bir mühitdir.

Yəni belə bir mənzərə yaradılıb.

Hamı beş-üç şeir, bir-iki hekayə yazan kimi bu mühitin cənginə düşür.

Və hamını da əksərən pivə bakalı, araq rumkası ilə qarşılayırlar.

Söhbət ədəbi mühitdən gedir ha, ədəbiyyatdan getmir. Bu ədəbi mühitdə ədəbiyyata dəxli olmayan o qədər adam var ki.

O qədər alkaş var ki, özünü həyatda təsdiqləmək üçün gəlib qoşulub bu mühitə.

İradən güclüdürsə, bu rumkaları, bakalları sındıra bilirsən, güclü deyilsə, kafe köşələrində ucuz araqlarla gün-güzəran sürürsən, hamı da səni “şair, vur” deyib əlində rumka, bakal aparır qaraciyər serrozuna.

Mühit!

Mühit elə bir şeydir ki, onun təsirilə nə qədər iradəsiz, amma istedadlı insanın taleyi məhv olub.

Hərdən özümə sual verirəm, ay Emin, sən niyə alkaşlıq səviyyəsində içmirsən? Sən də artıq neçə ildir bu mühitin içindəsən. Dərdin var? Var! Hamı kimi.

Atanı itirmisən.

Dostunu itirmisən.

Özün məişət problemləri içində çabalayırsan.

Get, iç də!

Özü də sənin üçün çox münbit şərait var.

Tanıdığın xeyli söz adamı var, araq şüşələrinin içindən sənə əl eləyirlər Get, iç də!

Bu mühitin əksər adamları ilə bir tikə də olsun çörək kəsmiş, sağlıq demişəm. Amma heç vaxt alkoqolizmə yuvarlanmamışam. Demək ki bu, dərd yox, iradə məsələsidir.

Adam lap alkaş da olar ha. Amma sənin alkaşlığın özündən başqa heç kimə ziyan vermirsə.

Axı bu araq insanı hörmətə mindirən zəhrimar deyil?!

Ondan-bundan, lap elə öz qələm yoldaşlarınızdan pul dilənib içməyi özünüzə necə sığışdırırsınız?

Alkaqolizmin digər adı Kefli İsgəndər deyil.

Ümumiyyətlə, Mirzə Cəlilin imkanı olsa, qəbrindən dirilib bağırar ki, ay qoyunlar, Kefli İsgəndər alkaş deyildi!

Nə paza keçmişik də!

Hərə bir butulkanın arxasına keçib ki, mən qəhrəmanam, mən həqiqət carçısıyam.

Bəzi adamların xətrini nə qədər çox istəsəm də, onların alkaqolla bağlılığı bu millətin dərdindən deyil, başınıza dönüm.

Canlarına hopdurduqları bu qondarma "təəssübkeşliy"in yaxasını buraxmalıdırlar.

Kütlə onları aldadıb!

Siz alkaqolizmdən əziyyət çəkirsiniz. Vəssalam!

Sağala bilsəniz (ki, inanmıram), gəlin, apardığınız millət-zad mübarizəsidirsə, ayıq başla aparın!

İçib, yazdıqlarını silib (silənlərə lağ edə-edə), türmədən canını "alkaqolizm" adı ilə qurtarmaq mübarizə deyil.

Alkaqolizmə də min cürə adla haqq qazandırmaq istəyənlər, neçə gün dözə bilərsiniz içib sarsaqlayan adama?

Hakimiyyət imiş...

Bunu xarab edibmiş...

Ayıq başa yaşamaq olmurmuş...

Biz necə yaşayırıq? Biz necə dözürük?

Kimlər ki sizi kefli başla sevirsə, onlar sadəcə sizin içib bambılıq etməyinizdən xoşlanırlar.

Vəssalam!

Nə ali həqiqətlər veclərinədir, nə ədəbiyyat, nə də başqa nələrsə.

Siz ördək deyilsiniz!

Batırsınız, a dostlar!

Boğulursunuz!

Və düşdüyünüz o bataqlıqda hamını boğursunuz!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK