adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Oktyabr 2021 17:55
518
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 394 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 919 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 073 493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 916 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 156 599 təşkil edir.