adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Oktyabr 2021 12:01
1384
HADİSƏ
A- A+

Keçmiş hakim məhkəmədə həbs edildi

Keçmiş hakim Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Adalet.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən müttəhimə  İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesin sonunda L.Nəbiyev məhkəmə zalında həbs edilib və ona 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Qeyd edək ki, keçmiş hakim torpaq alqı-satqısı və şərikli iş görmək adı ilə zərərçəkmiş Azad İbrahimovdan dəniz kənarında 120 sot torpaq sahəsi alacağı vədi ilə 247 min dollar alıb. Digər zərərçəkmiş Rüstəm Abdullayev isə L.Nəbiyevə şərikli iş görmək adı ilə 59 700 dollar verib. Hökmə əsasən, iki tanışının 307 min dollardan çox pulunu mənimsəyən L.Nəbiyev vurduğu ziyanı da ödəməlidir.

Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

 

İLTİFAT