SON DƏQİQƏ:

Hansı xəritələrlə sərhədi çəkək? - Paşinyanın cavabı 

  392   |  
Şriftin ölçüsü  

“Hansı sovet xəritələrinin Azərbaycan və Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi üçün kifayət qədər hüquqi baxımdan əsasa malik olduğunu bilmək lazımdır”.

Adalet.az  xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin ötən gün keçirilən iclasındakı çıxışında deyib.

Paşinyan müxalif deputatın Putinin bununla bağlı Rusiyada xəritələr olması barədə sualına cavab verərkən bildirib:

“Rusiya Prezidenti Vladimir Putinin sərhədlərin ayrılması ilə bağlı xatırlatdığı xəritələr 100 faiz də olmasa, heç olmasa, 99 faiz “Ermənistanın administraiv- ərazisi haqqında” qanunu ilə üst-üstə düşməlidir.

“O xəritələr təxminən müttəfiq respublikaların xəritələri ilə üst-üstə düşür. O ayrı məsələdir ki, bu xəritələrdən hansı sərhədlərin dəqiq müəyyən edilməsinə xidmət edə bilər. Müttəfiq respublikalar arasında xəritələr bir neçə dəfə dəyişib və bunun müxtəlif səbəbləri olub. Məsələn, olub ki, Sov İKP MK-nın növbəti plenumunda bir rayonun icra katibliyi qonşu ölkənin qardaş rayonuna otlaq sahəsini verib və yaxud əksinə. Biz bilməliyik ki, xəritələr necə dəyişib, nə vaxt dəyişib və niyə dəyişib”.

Qeyd edək ki, Paşinyan bu sözlərlə dolayısı ilə Azərbaycandan hissə-hissə “otlaq sahəsi” adı ilə qoparılan torpaqların mövcudluğuna işarə edib.

Bu baxımdan sərhədlərin 1920-ci il xəritələri əsasında müəyyənləşməsi gündəmə gəlib. Ermənistan mediası bəzi mənbələrə əsasən, 1920-ci il xəritələri əsasında sərhədlərin müəyyənləşə biləcəyini iddia edir.

İLTİFAT

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04
2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK