adalet.az header logo
  • Bakı 13°C
24 Noyabr 2021 17:29
1281
GÜNDƏM
A- A+

Yenilənmiş Tatev-Ağvani yolu İran TIRlarına yaramadı:Ermənistana gətirilən  tonlarla yanacaq kəsildi

Oktyabrın əvvəllərində “Hraparak” nəşri Qafan-Gorus avtomobil yolu ilə bağlı məlumat yaydı. Nəşrin xəbərinə görə, yeni qadağaya əsasən, Ermənistan və İrandan gələn maşınlar yalnız gündüz saatlarında və bir saatdan bir buraxılır.
Məlumatla bağlı erməni jurnalistlərə Gorus bölgəsinin ruhani keşişi Aharon Melkumyan da danışdı:“Azərbaycan hərbçiləri bir saat ərzində maşınları girişdə toplayır və yalnız 1 saat tamam olduqdan sonra onlar Rusiya sülhməramlılarının müşayiəti ilə keçid məntəqəsindən keçirlər. Vorotana (Urud) getməli oldum. On dəqiqə gecikdiyim ortaya çıxdı və artıq keçməyimə icazə vermədilər. Nəticədə 1 saat tamam olana qədər, yəni 50 dəqiqə gözləməli oldum”.

Bu gediş erməniləri də İran TIRlarını da bezdirdi. Onlar müştərək br yol çəkmək üçün razılığa gəldi.


Hökumətin mətbuat xidməti 2  gün əvvəl məlumat yaydı ki, indi Sünikin digər yaşayış məntəqələrini birləşdirən alternativ torpaq yollar qaydaya salınıb. Uzunluğu 43 kilometr olan Tatev-Ağvani yolu artıq hazırdır.
"Alternativ yolun çəkilişi ilə Çaketen - Gekarkunik kəndi vasitəsilə Qafanla birləşdiriləcək. Böyük yamacları 7-8 kilometr olan meşə yolundan indi dolanmaq çətin olsa da, ola bilsin ki, ilin sonuna qədər abadlaşdırılsın. İndi 7-8 kilometrlik dolama meşə yolu ilə maşın sürmək çətin olsa da, mümkündür. İlin sonuna qədər yol təkmilləşdirilməlidir", - deyə hökumətdən bildirilib.


Adalet.az erməni mediasına istinadla xəbər verir ki, artıq bir neçə gündür açılan Tatev- Ağvani yolu İran maşınlarının da üzünə açılıb. Dar, torpaq yol  tələsik açıldığı üçün  böyük TIR maşınlarının gediş-gəlişinə uyğun  olmadığı ortaya çıxıb. Yol uygun olmadıqda isə Ermənistana İrandan gətirilən minlələ ton yanacağın gəlişi də kəsilib.


Yəqin ki. oxucularımıza xatırlatmağa ehtiyac yoxdur ki, İrandan gələn TIR-lar yanacağı əvvəlcə Ermənistana aparır, sonra Ermənistandan Qarabağ separatçılarının yaşadığı əraziyə daşınır.


 Əntiqə Rəşid