adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
27 Noyabr 2021 11:59
458
HADİSƏ
A- A+

Şamaxıda qadını şantaj edib, qızıllarını alan şəxs saxlanıldı

Şamaxıda qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.