adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
30 Noyabr 2021 15:10
1484
GÜNDƏM
A- A+

Deputat Rustamyanı yandıran nüans: " İlham Əliyev “Zəngəzur dəhlizi” deyib durub, beynəlxalq arenalarda da susmur..."


 Faşist düşüncəli ermənilərin ziyalısı,  cinayətkar "ziyalısı" Z.Balayan özünün "Ocaq" kitabında Zəngəzur yolunu "Turan yolu" adlandırır və bu yolun bağlanmasını zəruri sayırdı. 


 Prosesləri diqqətlə izlədikdə ermənilərin ən çox qorxduğu nüans məhz adıgedən dəhlizin açılması mövzusudur. Erməni siyasətçilər  də “Zəngəzur dəhlizi”nin açılmasını az qala Ermənistan dövlətinin yox olması ilə əlaqələndirirlər...

 Adalet.az xəbər verir ki, Ermənistan parlamentində müxalif Ermənistan fraksiyasının deputatı Armen Rustamyan da öz həyəcanını belə dilə gətirib: “Azərbaycan prezidenti hətta Soçi görüşündən və üçtərəfli bəyanatın verilməsindən sonra da beynəlxalq arenalarda “Zəngəzur dəhlizi” barədə danışır”.

 


Rustamyan narahatdır ki, Soçidə imzalanmış bəyanatdan başqa şifahi razılaşmalar da ola bilər. O əlavə edib ki, əvvəllər belə presedentlər olub: “Faktlar bizə sübut edir ki, rəsmi mətnlə dərc ediləndən başqa şifahi razılaşmalar da olur. Onlar orda üç saat nədən danışıblar? Təkcə qəbul olunan mətn barədəmi? Orada mütləq başqa razılaşmalar da olub. Görünür bu şifahi razılaşmalar Əliyevə “Zəngəzur dəhlizi” məsələsinin həll olunduğuna dair bəyanat vermək üçün əsas verir”.


 Qeyd edək ki, Prezident İlham Əliyev hələ 2009-cu il 3 oktyabr tarixində Türkdilli dövlətlərin Zirvə görüşündə bildirmişdi ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının parçalanması idi. Azərbaycan torpağı olan Zəngəzur yenidən türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. 

 Yeri gəlmişkən, mütəxəssislərin fikrincə. Ermənistanı ən çox narahat edən həm də bunun məhz "Zəngəzur dəhlizi” adlandırılmasıdır.

Çünki beynəlxalq platformada "Zəngəzur dəhlizi” terminin qəbul edilməsi həmin ərazinin Azərbaycanın tarixi torpağı olduğu faktının gündəmə gəlməsi deməkdir.


 Əntiqə Rəşid