adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Dekabr 2021 11:30
1175
İQTİSADİYYAT
A- A+

2022-ci ilin dövlət büdcəsi layihəsi son oxunuşda qəbul edildi

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında "2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Adalet.az-ın məlumatına görə, müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 874 497,0 min manat, yerli gəlirləri 941 503,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 900 041,0 min manat, yerli xərcləri 978 959,0 min manat) məbləğindədir.