adalet.az header logo
  • Bakı 11°C

CAN BORCU

KAMALƏ ABİYEVA
66322 | 2014-12-13 01:29
Müəllimlər yorulublar. Daha doğrusu yoruldular. Daha dəqiq müəllimləri yordular. Demirəm ki, müəllimlər yaxşıdı, amma yaxşıları çox idi. İndi pisləri çoxdu. Çünki yaxşılar da yaxşı olmaqdan yoruldular, bezdilər. Burda məsələ gündəmdə olan maaş söhbəti deyil. Maaşın az olmasını gündəmdə saxlayan səbəblərdi. Təbii ki, maaşımız yüksək olsa yaxşıdı. Heç olmasa heç kimə can borcumuz olmadığı halda can verməyimizin bir az maddi tərəfi olar.
Əslində mən heç vaxt maaşın azlığından danışmamışam. Yəni düşünmüşəm ki, müəllimin yaxşı olması maaşdan asılı deyil. Yaxşıdısa yaxşıdı. Amma real yanaşsaq, ən yüksək hədlə maaş alan müəllimin məvacibi 300 manatdı. Maaş həftəlik dərsə görə hesablanır, buna bizdə ::::dərs yükü:::: deyilir. Məsələn, 20 saatı olan müəllim ayda 90-100 saat dərs deyir. Yəni təhsil sistemində, kitablarda, proqramda, dərslərin keçilməsində və s. o qədər dəyişikliklər var ki, öyrənib qurtara bilmirsən. Mən indi dərs demək üçün gedib kurrikulum kursu keçməliyəm, cürbəcür sertifikatlarım olmalıdı. Uzun illərdən sonra bunları öyrənmək təbii ki, asan deyil. Amma binəva müəllimlər yollarda, kurslarda, kağız-kuğuzun içində qalıblar. İndi bu aldığımız pulu günlərə bölsək 3 manat düşür hər günə, özü də ən yaxşı halda. Bir söz demirik. Məsələn, bütün sovet təhsil sistemi darmadağın oldu, amma maaşımız elə o vaxtda olduğu kimi hesablanır. Niyəsini fikirləşirik, tapa bilmirik, yenə bir söz demirik. Amma ::::amma::::lar olmaya. Bu yaxınlarda valideyn iclasımız oldu 9-cu siniflər üzrə. Təbii əvvəl direktorumuz iclası acdı, müəyyən məsələləri anlatdı. Və təbii mən də danışdım. Heç valideynlərə imkan vermədim. Ən əvvəl sual etdim: Siz bizdən nə istəyirsiz deyə? Susdular. Təbii susacaqlar. Özləri də bilmirlər axı nə istəyirlər məktəbdən. Amma biz müəllimlər nə istədiyimizi bilirik: istəyirik onların oxuda, tərbiyə verə bilmədikləri uşaqlardan gözəl savadlı, ağıllı vətəndaşlar yetişdirək. Bir çox ailə bir sınıq qələm verib əlimizə deyir ::::gözəl tablo yarat::::.
Bir özünə baxırsan, bir qırıq qələmə, bir iş şəraitinə, qalırsan mat. Yəni heç olmasa, bu qələmi yonmağa imkanın ola, şəraitin ola, bəlkə nəsə edərsən. Yox, o da yoxdu. Hərə bir tərəfdən sənə barmaq silkələyir, işinə qarışır. İndi min bir zülmnən birtəhər bu qələmi yonub eləsən, nəsə çəkmək istəsən, əlinə-əlinə döyəcək, başına-başına qapazlayacaq, gözünü çıxaracaqlar. Kim? Yaxşı sualdı. Cavabı da yaxşıdı: Hamı. Elə o valideynlər, qonum-qonşu...gBirtəhər bunlardan canını qurtarsan, Təhsil Nazirliyindən can qurtara bilməyəcəksən. Niyə? Çünki orda hamı məktəbə-müəllimə ::::can yandırır, qayğısına qalır::::. Məsələn, ilin-günün bu vaxtında, bölgü qurtarıb, cədvəllər tutulub, yəni birinci yarımilin qurtarmasına bir ay qalmış Bakı baş Təhsil İdarəsində işləyən Pərvin xanım telefonla zəng vurub, məktəb rəhbərliyinin işinə-dərs bölgüsünə qarışır, əmrlər verir. Kimsə də onun-bunu hansı səlahiyyətlə etdiyini bilmir. Yəni bu qədər müəllim işləmişəm. Pedaqoji fəaliyyətim Pərvindən qocadı, belə hadisə eşitməmişəm. Mən də bu siyahıda idim. İş telefonu yoxdu, mobil telefonuna zəng etməlisən, elə bilir bizim də pulumuz çoxdu. Nəsə, maraqlandım, deyir ::::özbaşına etməmişəm::::. İstədim ::::belə olmaz:::: deyə nəsə anladım, bacarmadım. İstədim kimin başıyla etdiyini öyrənim, alınmadı, yəni demədi, ya özü də bilmir. Telefonla dərs bölgüsü aparasan, vallah, bu da yenilikdi. Məktəbdə maraqlanmışdım, deyib ki, sertifikat deyilən nəsnəni bir gün gecikdirmişik. Özləri 6 ay gecikiblər.Yəni 6 aydan sonra ayılıblar ki, biz səhv eləmişik. Ay sizi... Maraqlıdı yaman. Müəllimin gününü qara etməyin bu TN-nə nə faydası var, anlamıram. Səriştəsizliklərini niyə göstərirlər, onu da anlamıram. Elə müəllimləri incitdilər ki, onların gününə 1 manat düşür. Ayıbdı. Öz işlərinizə baxın. Onlarla məktəb direktorsuz, tədris hissə müdiri olmadan işləyir, yəni işdən çıxarılıb. Seçki vaxtıdı, olanlar da seçkidədi. Əvəz maaşı da vermirsiz ki, kimsə onları əvəz etsin. Başsızdı məktəblər. Məktəb direktorlarının heç bir səlahiyyəti yoxdu. Yəni təyin etdiyiniz direktorlar arasında yaxşısı varsa, məsələn, bizim direktor kimi, onlar da işləməyəcək. Siz bu xalqa, bu dövlətə-prezidentə dəstək olmalısız, əvəzində neynirsiz? ::::Qarabağ tarixi:::: adında fakültətiv dərs verirsiz. FB-da Aysel Arslan adlı gənc tarix müəllimi var dostluğumda. Maraqlı statusuna rast gəldim, Qarabağ ayrı dövlətdimi anlamında. Və belə düşünənlər az deyil. Bu nə deməkdi? İmişlidə işləyən cavan bir müəllimə bundan narahatdı, siz niyə narahat deyilsiz? Azərbaycan tarixi var və Qarabağın tarixi də onun bir bölümüdü. Ehvaylar olsun!!! Bunu qoyub Həyat bilgisi dərsi üçün kağız axtarırsız. Halbuki o dərsi istənilən dünyagörüşlü müəllim deyə bilər, lap idman müəllimi də. SonragSinif rəhbərləri üçün iş planı satırsız üç manata. Bir onu oxumusuzmu? Mən təkcə:::: Mənəvi tərbiyə:::: bölümünə baxmışam. Ziyarətgahlara getməkdən başlayır. Yəni hamısı dinlə bağlıdı, başqa bir məsələ yoxdu qətiyyən. Məgər bu molla məktəbləri üçün nəzərdə tutulub? Məgər mənəvi tərbiyəmiz dinlə bağlıdı yalnız? Bu bir ideyaya şəxsi qavrayışdan, anlamdan, inamdan yaranan münasibətdi. Dinə münasibət azaddı.
Əgər belə inanclısızsa onda İslamda ziyarətgah məsələsi olmadığını da bilməlisiz. Ən gülməlisi rastladığım ::::müəllim nəmərdən imtina etməlidi:::: fikri oldu. Ah bə! Toy mağarası, şabaşlar yadıma düşdü... Ən vacibisə, sinif rəhbəri yaradıcı olmalıdı, iş planını özü tərtib etməlidi. Siz ancaq nəsə tövsiyə tipli bir vəsait verə bilərsiz. Daha məcburi satdırmazsız. Özü də köhnəni yenidən çap etməklə, hətta Misir müəllimin imzasıyla olanlar da var. Yaddan çıxıb səhifəni çıxarmaq. Sinif rəhbəri olanda özüm yazmışam iş planımı, adicə şagird dəftərində ona görə orda olanlardan çox xəbərim olmayıb. Əsas məsələlərdən biri də məktəb bufetləridi, prezidentin sərəncamıyla təmir olunan, gözəl şəraiti olan bufetlər. Hələ onların dərdi...
Peçenyelər, konfetlər satılır, özü də marketlərdən baha. Nə deyəsən? Məktəbin ixtiyarı yoxdu qarışmağa. İndi venetka məsələsi gündəmə gəlib: Şagirdlər ancaq bunların dediyi yerdə şəkil şəkdirməlidi. Heç olmasa daha ucuz ola. Yox, o da yoxdu. Nəsə dərdim çox, dərmanımı tapa bilmirəm. Hələ ki, həkimlər üçün işləyirəm, ürəyimlə çabalayıram. Status da yazmışam, ölmək istəmirəm, amma ölsəm...gBildinizmi müəllimlərin ::::can borcu:::: kimədi? Anlada bilmədimsə, yaxşı müəllim olmaqdan yoruldum demək ki...

TƏQVİM / ARXİV