adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Fevral 2015 14:46
48854
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Bu gün Azərbaycanda gənclər günü keçirilir.


Gənclər günü 1996-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.

Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.


"Facebook gündəliyi"nin bu günkü rubrikasını gənclər gününə həsr edirik...


                                                                               ***




Fuad Muradov : "Bu gün Gənclər günüdür. Bu gün Azərbaycanın vətənpərvər, igid, mərd oğul və qızlarının günüdür. İlk növbədə vətənimizin mübarizəsi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin günüdür. Şəhidlərimiz igidlikləri, şücaəti və vətənpərvərliyi ilə gənclərimizə örnəkdir. Bu gün bir daha bütün şəhidlərimizi hörmətlə yad edir, Allahdan rəhmət diləyirik! Biz sizinlə qürur duyuruq!”


                                                                               ***



İqbal Məmmədov : "Bütün gənc dostlarımı və həmkarlarımı 2 fevral – "Gənclər günü” münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan gənclər siyasəti, bu gün dövlətimiz tərəfindən uğurla həyata keçirilməkdədir. Ölkəmiz xoşbəxtdir ki, daim gənclərimizə dəstək olan ölkə başçımız, öz millətinə, dövlətinə sadiq gənclərimiz var və yetişməkdədir”





                                                                     ***





Nicat Dağlar : "Gəncliyimi əlimdən aldılar. 18 yaşından qocalmağa başladım...”



                                                                        ***



Elməddin Behbud : "1997-ci il fevralın 1-də ümummili lider Heydər Əliyevin "2 fevral” -ın Azərbaycan gəncləri gününün elan edilməsi haqqında sərəncamından irəli gələrək bu gün yalnız ölkə əhalisinin 14-29 yaşlarında olan 2,7 milyon nəfər şəxsin bayramı deyil. Bu tarixi gün, dövlət gənclər siyasətinin nəticəsində müxtəlif peşə sahələrində uğurla çalışan, ruhu gənc olan hər kəs üçün unudulmazdır. Gənclərə güvənin!”



                                                                        ***



Arzu Şirinova : "Gənclər, Bu gün sizin gününüzdür. Sizləri və qəlbən gəncləri təbrik edirəm. Gəncliyin qədrini bilin”



                                                                           ***




Samir Əliyev : "Əziz gənclər!
Hökumət siqaret və spirtli içkiləri ona görə bahalaşdırdı ki, siz onlara aludə olmayasınız, sağlamlığınızı qoruyasınız.
Bayramınız mübarək!”


                                                                           ***



İlqar Orucov: "Bu gün gənclərin və gənc düşüncəli hər bir insanın bayramıdır. Əsası ulu öndər tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bəhrəsini verməkdə davam edir. MDM ve Şərqi Avropada ilk dəfə məhz Azərbaycanda təsis olunmuş Gənclər Günü ölkəmizdə gənclərə verilən onəmin daha bir göstəricisi idi. Artıq 7 ildir Azərbaycan gəncliyi və gənclər siyasətini həyata keçirən gənclər təşkilatları 2 fevral gününü hesabat günü olaraq qeyd edirlər. Bayramınız mubarək Azərbaycan gəncliyi!”



                                                                      ***



Gülsel Səfərova : "Azərbaycan gəncliyi müstəqilliyimizin yenidən qazandığı anlardan etibarən hüqüqi, dünyəvi, müasir dövlət quruculuğunda əhəmiyyətli rolu olan təbəqədir. Gənclyimizə ən yaxşı dəyəri ulu öndər Heydər Əliyev 2 fevral Gənclər Gününü tesis etməklə verdi. Prezident İlham Əliyev isə bu siyasəti daha da inkişaf etdirərək gənclərə Prezident təqaüdünü təsis etdi. Sevinirəm ki, bu gün vaxtilə menim üçün ən yadda qalan gunlərdən biri olub.2 il öncə ilin ən ictimai fəal gənci adı almaqla iş həyatımda növbəti dönüş rolunu oynadı. Gəncliyin dolu-dolu və məhsuldan olsun, Gənc!”




Rufik Ismayilov: "Bütün zamanlarda yaşadığı ölkəsinin, el-obasının, ailəsinin gələcəyi, ümidi olan AZƏRBAYCAN GƏNCLİYİ günün mübarək olsun!!!”



Xəyal Rza : "Bütün gənclərin və özünü gənc hiss edən şəhərlilərin səhəri xeyir!
Yeni ayınız, yeni həftəniz, yeni gününüz və ən əsası Gənclər Gününüz mübarək!”



Sübhan Mahmudlu