adalet.az header logo
  • Bakı 13°C
06 Fevral 2015 12:01
47189
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanınən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.a zsaytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü". Bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status.


                                                                     ***

Əziz Əlibəyli : "Qadınlarla bağlı olayların arxasında məlumdur ki, kişilər durur.
Ona görə də bütün cəza sistemini qadınlara tapşırmaqla ədaləti bərpa etmək olar.
Qoy, bunlara bildiklərini tutsunlar....”



                                                                      ***

Gülnar Məsimli : "İçində kin və nifrət birikdirən birinin doğru qərar verməsi, vicdanlı münasibəti, haqqa tapınması imkansızdı.(Nifrətin mənbəyi nə olursa olsun fərq etməz) Gözünü örtən pərdə hər an ona ədalətli olması üçün mane olacaq, yanıldacaq. Ətrafındakı hər şeyə münasibətdə onu içindəki yönəldəcək, güvənsizlik, inamsızlıq sayqısızlığa yol açıb sevgidən məhrum edəcək... bir gün həm də mütləq...”


                                                                      ***


Sədan Bünyadova: "Bizdən nə etməyimizdən asılı olmayaraq razı qalmayan adam var. Min dərədən su gətirsək də, ağzımızla quş tutmaq da razı sala bilmədiyimiz. Hər şeyin ən yaxşısını etsək belə mütləq bir çatışmamazlıq tapacaq adam. Var belə adam nə edək?!”


                                                                      ***


Sənan Nəcəfov: "Bir dəfə seçicilərlə görüşdə bir xanım deputata şikayət etdi ki, gecələr həyətimizə tülkü gəlir. Millət vəkili maraqla baxdı ki, yaxşı mən nə edə bilərəm?Xanım davam etdi, toyuq qalmayıb, quş qalmayıb, küçələr də işıqsızdır, görmək olmur...Deputat dedi ki, gələn dəfə özümlə tüfəng gətirib, bu işlə şəxsən məşğul olacam...daha nə desin?”


                                                                          ***


Maarif Soltan: "Ərə getmək istəyənlərin sayı evlənmək istəyənlərin sayından nədənsə həmişə çox olur”


                                                                          ***


Elməddin Behbud: "Buyurun, ABŞ-ın hazırki "xoşbəxt Ukrayna" layihəsinin qısa təsviri.
Layihənin icrasından Ukrayna dövlətinin və xalqının "qazancı"ni isə sadalamaqla bitən deyil: minlərlə insanın daxili siyasi qarşıdurmada qətlə yetirilməsi, ölkə iqtisadiyyatının iflic olması və mövcud çıxılmaz vəziyyət...”


                                                                         ***


Ceyla İsmayılli: "Qadın ilk baxışdan nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən əgər gül, tutmasını bilməsən əgər tikan olar”.


                                                                         ***


Qurbanəli Ömər Balıqçıoğlu: "Pis insan yoxdur, biri var azad insan, biri də var azad olmayan insan”


                                                                         ***


Nazilə Səfərli : "Bizim milli dəyərlərimiz var. İyrənc başlıqlarla insanları ləkələməyin. Sözüm savadsız jurnalistləri işə götürən xəbər saytlarınadır”


                                                                         ***


Xana Yusifli : "Reallığı görməküçün eynəyi deyil, həyata baxışı dəyişməliyik!..”



Sübhan Mahmudlu