adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Fevral 2015 13:15
59207
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status


                                                                             ***


Razi Nurullayev: "Yalanlar varkən, sənin doğrularla nə işin var. Bu sözü bilirsiniz nə qədər insana söyləmək olar? Nə isə, bunun siyasi və geopolitik yükü var”



                                                                               ***



Aysel Əlizadə: "Qərəzli, ya qərəzsiz televiziyalarımızın istənilən mövzuya "öz” yanaşmasını ötürə bilmə şansı var. Belə süjetlərdən birini ötən bazar Mirşahin Ağayevin təqdimatında izlədik. "Məhbus Lamiyə” ilə bağlı bu söz oyunu ilk baxışda maraqlı idi. "Məryəm İsanı dünyaya gətirəndə belə ajiotaj yaranmadı”, məsələn. Baxmayaraq ki, İsanın doğum ajiotajı eranın əvvəlindən bu yana hələ səngimək bilmir. Bu yanlışı keçək sizin qara gözlərinizə. Popstar Şakiranın söhbətə hardansa gəlib çıxmasını isə heç nəyə keçmək olmur, üzrlü sayın”




                                                                                  ***


Nərgiz Aziz: "Dərdi üzünü yox eləmişdi-qaraltmışdı. Əvvəllər belə deyildi. Məsələn,mənasız sözlərə gülmürdü..”




                                                                                   ***




Hacıbəy Heydərli: "Bakı vaxtilə səhər saat 5-dir və hər gün bu saatda küçədən səs gəlir. O səs 5-10 manat qazanmaq üçün gecəsini-gündüzünə qatan, alın təriylə halal pul qazanan, əhalinin 90 faizinin yatdığı anda küçələri təmizləyən xanımların və bəylərin süpürgələrinin səsidir. Bu adamlar özündən deyən, insanlara yuxarıdan aşağı baxan minlərlə varlı, vəzifəli, imkanlı şəxsdən daha ləyaqətli, mənəviyyatlı və vicdanlıdır. Allah onların yardımçısı olsun...”




                                                                              ***

Çingiz Bayramov: "Yaxşı ki, ölkəmizdə "Efir Bozbaşları" var. Bəyan edirəm ki, mən bu "Efir Bozbaşları" nın irəli getməsinin qarşısını almıram”




                                                                            ***



Şəbnəm Karslı: "Mikayıl Müşfiqin şeirini paylaşmîşam, biri mesaj bölümünə "çox gözəl şeir yazmısınız, mən sizin bütün şeirlərinizi bəyənirəm" yazıb. Profilinə baxıram, 1994 tevellüdlüdür və universitet tələbəsidir. Matım mutum quruyub. Deyək ki, şeiri oxumayıb, axı bu eyni zamanda məşhur bir mahnının sözləridir”



                                                                             ***



Gülşən Tanrıdaş: "Hər kəs ayrılıqda ağıllı ola bilər, ancaq hər kəs ayrılıqda faydalı ola bilməz.Ən faydalı olanlar güclərini və potensiallarını bir ali məqsəd ətrafında birləşdirmək istəyində olanlardır...”




                                                                            ***



Samir Əliyev: "Azca qaldı 60-a çatsın. 59,60-a qalxdı və düşdü 58.33-ə. Elə bil futbolda uzaqdan yaxşı zərbə vurursan qapı dirəyinə dəyib qayıdır. Halbuki 100%-lik qol ola bilərdi”




                                                                          ***


Fatma Cabbarlı: "Gün ərzində heç olmasa bir nəfərin üzündə təbəssüm yarada biliriksə rahat gözümüzü yumub, yuxumuzu görə bilərik. Ehatəmdəki insanları sevirəm, hörmət edirəm. Hər biriniz mənim üçün doğmasiniz. Həmişə var olun Əzizlərim. Sevdiklerinizin qədrini bilin. Sevginizi onlardan əsirgəməyin”




                                                                            ***



Sevinc Haqverdizadə: "Insanin xoşbəxtliyi, sevinci, coğusu, həyat dolu olması imanından, Allah'a olan yaxınlıgından və vicdanının rahatliğından qaynaqlanır”



Sübhan Mahmudlu