adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Mart 2015 11:58
48766
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Bu gün Azərbaycanda və bir çox şərq ölkələrində qeyd olunan Novruz bayramının ikinci  - od çərşənbəsidir.

Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.

"Facebook gündəliyi"nin bu günkü rubrikasında od çərşənbəsinə aid statuslara üstünlük veririk. Bununla yanaşı digər maraqlı statusları da diqqətinizə çatdırırıq.


                                                                     ***


Əli Məsimli: "Günəşə, oda olan müqəddəs inamdan irəli gələn OD ÇƏRŞƏMBƏNİZ mübarək olsun!!! Odumuz sönməsin! Ocağımız soyumasın! Çırağımız qaralmasın! Allah bütün istək və arzularınızı həyata keçirsin!”


                                                                      **

Anar Tağıyev: "Əvvəllər od çərşənbəsi maraqlı olardı. Qubada camaat icra başçısının milyonluq evini yandırıb tonqalın üstündən tullanırdılar. İsmayıllı sakinləri hətta tələsib, çərşənbədən əvvəl Füzuli Ələkbərovun oğlunun maşınına od vurmuşdular. Amma indi çərşənbələr çox sönük keçir...Bayram əhval-ruhiyyəsi hiss olunmur...”

                                                                      ***


Rufik İsmayılov: "Bu gün od çərşənbəsidir! Dostluğumda olan hər kəsi bu münasibətlə təbrik edirəm! Bu çərşənbə həyətinizdə qalanan tonqalın hərarəti ailələrinizdəki mehribanlığı, səadəti, xoşbəxtliyi, sevgini daha da artırsın! Qarşıdan gələn Novruz Bayramı süfrənizə ruzi-bərəkət gətirsin! Ən əsası isə bu tonqalı elliklə Qarabağımızda, Şuşada, Xankəndində, Cıdır düzündə qalayaq! Amin!!!”


                                                                     ***


Anar Turan: "ABŞ-da bestseller hesab olunan "Əli və Nino" əsərinə Bakıda film çəkilişləri gedir. Mənə ən çox maraqlı olan isə Əlinin erməni Naxararyana "Sən Avropada yumruq vurmaq öyrənmisən, amma mən sənə yumruq atmayacam, boz qurd kimi dişlərimlə yapışacam murdar boğazından, üzəcəm xirtdəyini, biz asiyalılar belə vuruşuruq…" deyərək onu öldürməsinin necə ekrana gətiriləcəyidir. Ya da ümumiyyətlə bu səhnə çəkiləcəkmi?”


                                                                         ***


Ramin Hacılı: "Tüfəng çıxanda Koroğlu dedi ki, "kişilik getdi, üz-üzə gəlməkdən qorxanlar uzaqdan vuracaqlar..." İndi bu facebook yaranandan "kişi"lər meydan tapıb. Kompun dalına girib ona-buna uzaqdan güllə atırlar”


                                                                         ***


Sədan Bunyadova: "Bu ölkədə qadınlar həyat yoldaşlarının vəzifəsi ilə hava atmır heç kimə. Çünki deputat olub, öz havalarını atmağa üstünlük verirlər”


                                                                          ***

Günay Yelmarqızı: "Möcüzəyə inanmağım üçün onun baş verməsi lazım... gözləyirəm – Möcüzəni”


                                                                          ***

Afaq Vasifqızı:  "8 saatlıq işə görə aldığı maaşın müqabilində gecə-gündüz - sutkanın 24 saatı, hətta yuxuda da işləyən adama jurnalist deyirlər.


                                                                          ***


Sahib Məmmədov: "Rusiyada Banklar müqavilə bağlayarkən sui-istifadə hallarına yol verməsin deyə, hətta şriftin ölçüsünə də tələb qoyulub. Times New Roman şrifti ilə 4 ölçüsündə yazılan müqaviləni mikroskop tapıb oxumaq mümkün olmadığı üçün indi hamı ağlar günə qalıb”


                                                                           ***


İlhamiyyə Rza: "Cəfər Cabbarlı bilsəydi ki, 100 il sonra belə, çadranı çoxdan atmasına rəğmən, qadına münasibətdə eyni yanaşma üstünlük təşkil edəcək, özü də yüksək materiyadan danışan, yazan kişilərdə, görəsən, qadın azadlığı mövzusuna can qoyardımı?”



Sübhan Mahmudlu