adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Mart 2015 13:06
61099
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                    ***

İlqar Rəsul: "Çalışın özünüzü kiminsə yaddaşına yazın, və bu ona çox xoş olsun...”


                                                                     ***

Mübariz Aslanov: "Mən döyüləcəyimi bilərək yenə palçıqla oynayan uşaq idim... İndi də, nə qədər vurarsan o qədər də oynayıram səninlə, həyat!"


                                                                     ***


Gülnar Məsimli: "Bir qadının ürəyinə, zehninə sahib olub həyatına yer almaq bəlkə də ilk baxışda çox bəsit və sadə görünür... O həyatda əbədi yer alıb sevgiylə qala bilmək sözün hər mənasında ürək istəyir, əmək istəyir ən əsası isə "kimlik" istəyir...”


                                                                            ***


Aysel Vəlizadə: "Hər kəs qarşısındakı insandan sevgi, hörmət, gözəl əxlaq görmək istəyir. İlk öncə özünün bu əxlaqa sahib olması lazım olduğunu isə unudur”


                                                                            ***


Günəş Hüseynova: " Deyəsən müdirim kiməsə aşiq olub. Çünki o işə gələndən dayanmadan Ebru Gündeşin "Səni seviyorum" mahnısına qulaq asır. Mən hesablayandan hardasa 7 dəfə qulaq asıb, ondan əvvəlkiləri hesaba almasam. Ərinməyib "Youtube"yə girib baxmışam mahnının müddətinə, 5 dəq 8 saniyədir. Ayy rəhmətliyin nəvəsi, mahnını dəyiş dəə heç olmasa. İndi dəə keç İbrahimin sevgi mahnılarına. Özünə yazığın gəlmir, heç olmasa mənə yazığın gəlsin. Nə qədər eyni mahnını eşitmək olar? Eləbil kaset dolaşıb, eyni şey təkrar olunur. Ya səbr


                                                                             ***


Bəhram Həsənov: "Papaq o qədər dəbdən düşüb ki, artıq baş geyimi olmadan da hərbi salam verməyə icazə verilib...”


                                                                            ***


Fatma Cabbarlı: "Vaxt var idi deyilən sözlərin hansının yalan olduğunu düşünürdümse, indi hansının düz olduğunu düşünürəm


                                                                            ***


Züleyxa Sultan: "Tək deyilik heç birimiz !
Amma bizi dəstəkləyən gözlə görə bildiyimiz , dünya diliylə eşitmək istədiyimiz dəstəkçiyə ehtiyacımız var . Doğru ünvanda doğru qapını döydüyümüzdə, vücüdumuzdakı fəryad edən ruhumuz dinməyə başlar. Oncə iman sonra dünya.”


                                                                             ***


Rəqsanə Yusifzadə: "Deyirəm "Facebook"olmasaydı yetim bəzi psixoloqlar pul qazanardı!!! Nə dərdimiz var burda paylaşırıq....


                                                                            ***

Nigar Etibar: "Manatın devalvasiyasından sonra 3 kilo 700 qram arıqlamışam. Rəfiqəm də bir neçə gün ərzində yaydan bəri düşmək istədiyi çəkisinə qovuşub. Məncə dövlətimiz bizim kimi artıq çəkidən əziyyət çəkən qadınları düşünərək belə addımlar atır. Allah razı olsun zad


Sübhan Mahmudlu