adalet.az header logo
  • Bakı 21°C
10 Mart 2015 15:34
45892
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                           ***

Fidan Afər : "Çox sayda insan bayram əhval-ruhiyyəsində ikən, yazın gəlişi ilə qəlblərin də yaz abu havasına bürünərkən bəzi insanların xırdaca bir problemdən doğan neqativ ruhlu statuslar paylaşması mənə çatmır. Məncə bu elə insanların qəlbindən xəbər verir. Qəlbən kasıb olan insanlar həmişə neqativdirlər. Təəssüf...”


                                                                           ***

Nərminə Məmmədova: "Deyir "su gelib daşa deydi ax bu gece bu gece bu gece.".eşşi vallah bu baba nenelerimiz az aşın duzu olmayıblar haaa.setiraltı qandırıblar geje neler oldugunu.İndi bir dene cavan oglan cıxıb gece bas verenleri musiqi sekilinde oxusa deyerler lap pozulub getmısız ,bızım vaxtımızdaaaa.....nem valla”


                                                                          ***

Vüqar Hacıyev Irəvanlı: "Bəzi insanları sosial şəbəkələr mənəvi olaraq çox dəyişdirir.Mənəvi yoxsullaşdırır”


                                                                          ***

Qan Turalı: "Toyda lüləkabab yediyimiz yerdə operator bizi yaxalayırsa üzümüzə elə bir ifadə veririk ki, elə bil Kantın transsendental fəlsəfəsinin Haydeggerə təsiri haqda düşünürdük...


                                                                           ***

Nazim Məmmədov: "Sovetdə qalmış iqtisadçılara-keçmiş nazirlərə başa salın ki, liberal bazar iqtisadiyyatında "süni qiymət artımı" anlayışı yoxdur”


                                                                           ***

İhtiyar Abdal Polat Türk : "Ən təhlükəli xəstəlik namussuzlukdur”


                                                                           ***

Lalə Məmmədova : "Bütün ümidlər öləndən sonra həyat necə də rahat olur...


                                                                            ***

Cəfər Mənsimi: "Onun özündə görmədiklərini sən gör və göstər ona. Göstərə bilirsənsə nə mutlu sana...


                                                                             ***

Günel Əbilova: "Qadının gözlərinə bax, xoşbəxt deyilsə, ya papagini qoy ciddi düşün, ya da pencəyini götür çıx get


                                                                              ***

Şərafət Şəfa:Mənim düşmənimlə dost olan kəslər, Mənimlə səmimi dost ola bilməz!!!!”


Sübhan Mahmudlu