adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Aprel 2015 12:49
46232
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                         ***


Seymur Qasımbəyli: "Mehriban və gülərüz insanları, sakit və tıxacsız küçələri, abad və təmizliyi ilə sevgimi qazanan Sumqayıta gedirəm. Bu şəhərə hər getdiyimdə qəribə, özümə də aydın olmayan sevinc hissi keçirirəm. Salam olsun bu şəhərin sakinlərinə... "


                                                                          ***

Qan Turalı : "İnsan nəyisə bilməyə bilər. Bu təbiidir. Lakin insan bilmədiyi şeylə bağlı mübahisə edirsə o heç zaman bilmədiyi şeyi öyrənə bilməyəcək və nadan qalacaq”


                                                                          ***

Əziz Əlibəyli: "- Anlaya bilmirəm, bəlkə də hər şey elə film kimidir? Bəlkə, sən elə bir film izləyəsən və hər şeyin film olduğunu da qəbul edəsən?
- Yox, bütün filmlər həyatımızın bir parçası olmağa layiq də deyil. Çünki ən dəhşətli hadisələr rollarda oynanılmır.. Heç filmlərdə də izləmək olmurmuş...”


                                                                           ***

Qulu Ağsəs : "Indi baxiram: dostluğumda elələri var ki, hay-hayı gedib, vay-fayı qalib)))


                                                                           ***

Vüsal Məmmədov: "Bizim millət hələ başa düşmür ki, iş yeri pul vermək üçün deyil, pul almaq üçündür. Ona görə də, işə düzəlmək üçün verdiyi pulları batanlara qətiyyən ürəyim yanmır”


                                                                           ***

Murad Köhnəqala : "Bazarda çənə döyüb qoca qarıların satdığı malı ucuz almaq istəyən kişiləri döymək istəyirəm...


                                                                           ***

İntiqam Valehoğlu: "Deməli, yay vaxtıdır. Əlimdə qarpız evə gəlirəm. Bir qonşu var, hamıyla maraqlanır, kim hardan gəldi, hardan getdi. Məhəlləyə girəndə soruşdu ki, qonşu deyəsən bazardan gəlirsən. Dedim yox, qarpız darıxırdı çıxartmışdım ki havasını dəyişsin))”


                                                                           ***

Mübariz Məsimov: "Bu gün şirkətlərimin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm,dərhal qovaram. Onlarlar ticarət əlaqəsi qurmaram. Ermənilərə qarşı həmişə antipatiyam olub.Ailəmdə 7 şəhid var və ən yaşlısı 21 yaşında. Erməniləri sevmək məcburiyyətində deyiləm, onlarda məni sevməsin”.


                                                                            ***

Səlim Babullaoğlu: "Qarışqadan fil düzəldirsən yenə. - Yox, mən qarışqaya qarşı belə ədalətsiz ola bilmərəm. O öz çəkisində dinozavrdı...


                                                                            ***

Cəlil Cavanşir: "Dəyər verdiyiniz insanlar sizi pis vəziyyətdsə qoyursa, insanlardan uzaqlaşıb tənhalığı seçin. Ən azından özünüz-özünüzü pis vəziyyətə salın”


Sübhan Mahmudlu