SON DƏQİQƏ:

İT ÖMRÜ

  64240   |  
Şriftin ölçüsü  

..itim, gəl dur önümdə

gəl başına dönüm də

Sən Pünhanın günündə

Pünhan da it günündə.

Həyətdən küçük hürüşünü eşidib aşağı boylanıram. Beş-altı küçük anasının yanında təşər-təşər gəzərək bir-biriylə oynayır, hərdən də kimisə qorxudacaqlarına əminliklə havaya hürürlər. Elə şən, sevimlidilər ki. Həm də qayğısız. Qarşıda onları gözləyən "it günündən” xəbərsizdilər...

Bir az aralıda uzanıb onları gözündən qoymayan anaları isə çox narahat və qayğılıdı...

Heç itlərin gözlərinə diqqət etmisinizmi, nə qədər qayğılı, yazıq, dərdli-qəmli olduğunun fərqinə varmısınızmı? Bu an "Hər dərdimiz düzəlib, qalıb bir itin dərdi, sevgisi” – deyənlər olacağını təxmin edirəm. Amma əmin olun, onlarda insanlardan daha cox sevgi hissləri var. Bildiyimə görə, insan tərəfindən ilk əhliləşdirilən heyvanlardan biri itdir ki, ilk əhliləşdirilmə tarixi on iki min il əvvələ gedib çıxır. Həmişə sahibinə sadiq, malının, evinin, yeri gəlsə canının qoruyucusu olsa da, yeri qapı ağzı, yeməyi süfrədən qalan artıqlar olub. Ən əsası isə zəncirlənərək yaşamağı da qəbul ediblər. Onları şampunla çimdirmək, daramaq kimi hərəkətlər isə əksəriyyətin gülüşünə, istehzasına səbəb ola biləcək hərəkətlər sayılıb. Küçədə it gəzdirənlərə "atasını gəzməyə çıxarıb” kimi tərbiyəsiz ifadələri isə çoxları dəfələrlə duymuş olar. Bəzi istisnalar var əlbəttə, amma çox cüzi faiz olduğundan nəzərə çarpmır.

İtlər barədə bu düşüncələr səbəbsiz yaranmadı. Gecə atəş səsləri eşidib, əvvəl bayram münasibətilə atəşfəşanlığın gecədən başlandığını zənn etdim. Amma təkrar atəş səsindən sonra it zingiltisini eşidəndə hər şeyi anladım. Küçədə gəzən itləri vuraraq "bahar təmizliyi” edirdilər. Mən heç cür anlaya bilmirəm ki, bir insan necə rahatca, vicdan əzabı çəkmədən bir canlını öldürə bilir. Axı hər bir canlını yaradan onu öldürməyi sənə həvalə etməyib.

"İt günündə yaşamaq” ifadəsi bizdə tez-tez işlənən sözdür və bu ifadə çoxdan bizde pis yaşayış formasının etalonuna çevrilib. İfadədən göründüyü kimi, itlərə o günü yaşadan bizlər bu yaşayış formasını qəbuledilməz sayırıq. Belə paradoksları həyatımızda nə qədər desən tapmaq olar. İtlərin sadiqliyi barədə ekranlaşdırılmış filmləri maraqla seyr edirik, hətta o filmin "qəhrəmanı” olan itə qarşı yanlış hərəkət edənləri qınayırıq, amma gözümüzün önündə güllələnən itlərin taleyinə laqeyd qalırıq, etirazımızı bildirmirik. Başqa ölkələrdə iti görəndə bunu sığallaya bilərəmmi? – soruşurlar və böyüklərin bu hərəkəti uşaqlarda heyvanlara sevgi yaradır. Bizdə isə ən çox rsat gəldiyimiz haldır ki, uşaqlar it, pişik görəndə daşlamaq, təpikləmək həvəsinə düşürlər. Çünki böyüklərindən o təpkini görürlər.

Bir neçə il əvvəl soyuq qış günlərinin birində binamızın balaca uşaqları itlər donmasın deyə, onlara daldanacaq yer tikmək üçün hardansa kubik daşlar, sement, qum tapıb gətirmişdilər. Elə həvəslə işləyirdilər ki. Başqa vaxt bir-birinin sözünü "udmayan” uşaqlar indi sakitliklə başçılarının sözünü dinləyir su, sement, qum daşıyıb gətirirdilər. Evdə anasından gizli çörək, kolbasa gətirən də olmuşdu. Bunu izləmək çok gözəldi. Uşaqlardakı bu mərhəmət hissi məni sevindirirdi. Amma bu çox uzun sürmədi, anaları duyuq düşən kimi uşaqları döyə-döyə hamama saldılar və kənardan uşaqları seyr edən itlər soyuqdan büzüşərək künc-bucağa qısıldılar, ancaq o yarımçıq dama yaxınlaşmadılar...

Bakı küçələrində və ətraf rayonlarda sahibsiz heyvanlaın sayı günbəgün çoxalmaqda davam edir. Sahibsiz itlər arasında quduzluğa tutulma təhlükəsi çox ola biləcək itlər üstünlük təşkil edir. Sahibsiz it-pişiklərlə bağlı problemin həlli üçün müxtəlif yollar var ki, onlardan ən əsası bu yiyəsiz heyvanlar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələridir. Belə məntəqələr dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Azərbaycanda isə sahibsiz heyvanlarla bağlı məsələ aktual problemlərdən biri olaraq qalır. 2009-cu ildən etibarən isə ölkəmizdə "Vəfalı Dostlar” Baytar Klinikası fəaliyyət göstərir. Bu ilin may ayından etibarən klinika daha geniş bir əraziyə köçüb. Bu yerdə it və pişiklər üçün hər cür şərait yaradılıb. Mərkəz şəxsi təşəbbüslə yaradılıb. Azərbaycanda yaşayan iş adamı Hədiyyə xanım Rovşanzamirin təşəbbüsü ilə. İdeya xanımın özü tərəfindən irəli sürülüb və maliyyə dəstəyini də o, təmin edir. İş adamı olan xanım Tehran şəhərində doğulub və iyirmi ildən artıqdır ki, Azərbaycanda yaşayır.

Elə isə, nədən bu itləri o sığınacağa yerləşdirmir, amansızcasına güllələyirlər.

Kim olursan ol, it olsan belə, sahibsizlik ən böyük faciədir.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-30
2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK