SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  102215   |  
Şriftin ölçüsü  

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                     ***


Xalid Kazımlı: "Korrupsiya ilə mübarizəni Çindəki kimi apararlar. Xalq malını məngirləyən naziri, konsern rəhbərini tutur və edam edirlər. Bizdəki kimi, naziriliyin baş idarəsinin orta şöbəsinin müdirinin müavinini tutub 3 il iş vermirlər”.


                                                                     ***

Ayxan Ayvaz:"Bütün istedadsız adamlar eyni cür xoşbəxtdirlər. Bütün istedadlar da eyni cür bədbəxt..." 


                                                                     ***


Mehriban Zeynalova: "Adamlar var insanlardan pilləkən düzəldir...”.

                                                                   ***


Vüsal Mamedov: "AXCP sədri Əli Kərimli yazıb ki, yaydakı dollar qıtlığı sentyabrda Milli Şuranın mitinqindən sonra aradan qalxdı. Mitinqlər dayanandan sonra yenidən dollar qıtlığı yaranıb. Adam faktiki etiraf edir ki, onların mitinqləri ölkəyə dollar gətirir”.

                                                                   ***


Əziz Əlibəyli: "Həyatımızda nəsə sınmayanadək, dəyişmirik...”

                                                                   ***


Nəzrin Rüstəmova: "Adam biriylə ya yaxın olar, ya da olmaz. Bunların ortasında bir yer yoxdur. Bəhanələrinizlə külək kimi gah o yana, gah bu yana əsməyin”.


                                                                    ***

Nicat Həşizadə:"İnancında səmimi olan bütün insanları sevirəm. Onlar sevilməyə layiqdirlər. İnsan inanmadan yaşaya bilməz. Ya ilahi varlığa, ya maddi varlığa, ya hansısa başqa qüvvəyə inanmalıdır. Önəmli olan nəyə, kimə inanmaq deyil, necə inanmaqdır”.

                                                                  ***

Mahirə Əmirhüseynova: "Onsuzda bu dünyadan peşman gedirik.. Ya etdiklərimizə görə, yada etmediklrimizə görə....”.


                                                                  ***

Murad Köhnəqala: "Yazıçı-şairlərimizin hansını dindirirsən, rəhmətlik Türkmənbaşı kimi, eləcə "ruh aləmi"ndən danışırlar...”



                                                                 ***

Tural Cəfər: "Heç kimi üzməyin, heç kimin xətrinə dəyməyin. Həyat çox qısadı. Bəzən "sevirəm" sözünü deyə bilməyəcək qədər qısa ...”



Sübhan Mahmudov

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK