adalet.az header logo
  • Bakı 16°C
15 Sentyabr 2020 09:45
56248
ŞOU-BİZNES
A- A+

Məşhurların əyləncəsi: Kim, harda, necə...?

Nəinki  Azərbaycanın, eləcə də, dünya şou-biznesinin ən aktiv olan dönəmləri yay, yaz, payızdır. Bu fəsillərdə şou əhlinin ən böyük əyləncəsi isə açıq-saçıq geyimlərlə izləyicilərin görüşünə gəlməsidir. 

Adalet.az xəbər verir ki, məşhur rusiyalı model İrina Şeyk “İnstagram” hesabındakı son paylaşımı ilə diqqət mərkəzinə düşüb. Belə ki, model məşhur alt paltarı firması “İntimissimi”dən olan geyimi ilə şəkil paylaşıb. Həmin foto qısa vaxt ərzində yüz mindən çox bəyənmə qazanıb. Dəqiq məlumdur ki görüntüsündən razı qalan və zövq alan İrina yəqin ki, izləyiciləri də bu zövqdən məhrum etməməyə and içib.

Sonra isə səkkiz aylıq hamilə olan türkiyəli aktrisa Sinem Kobal yeni paylaşımı ilə gündəmə gəlib. Onun hovuzda çəkdirərək “Instagram” hesabından paylaşdığı fotosu qısa zamanda çox sayda bəyənmə qazanıb. Xatırladaq ki, Kobal 2016-cı ildə aktyor Kənan İmirzalıoğlu ilə ailə həyatı qurub. Amma hamilə görkəmi ilə izləyiciyə hansı mesajı göndərib , bax  onu anlamadıq.

Məşhur britaniyalı müğənni və model Dua Lipa çimərlik geyimində yeni fotolarını paylaşıb vəo daizləyicini “xoşbəxy etmək” eşqinə düşüb. Lakin onun görüntüləri sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Deməli, şəkillərdə 25 yaşlı müğənni fotoların birində narıncı rəngli çimərlik geyimində və sarı gün eynəyində poz verir. Digər fotoda isə Lipa rəfiqəsi ilə hovuzdadır. Qeyd edək ki, məşhur müğənni hazırda Kaliforniyada dostları ilə istirahətdədir.“Əla zamandır”, - deyə o, şəkillərə şərh yazıb. Lakin fotolar gözlənilən reaksiyanı doğurmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri  koronavirus pandemiyası dövründə təhlükəsizlik tədbirlərinin riayət olunmamasına görə, müğənnini qınayıblar, əleyhinə kifayət qədər “döşəyiblər”:“Mən istərdim ki, insanlar evlərində qalsınlar”, “Bəlkə pandemiya dövründə az gəzəsən?”, “COVID-19!”, “Uşaqlar, son altı ayda pandemiyanın episentrində olduğumuzu unutmusunuz”, - kimi sözlərlə istifadəçilər məşhur müğənnini tənqid atəşinə tutublar.

Qalmaqallarla gündəmdə adı hallanan britaniyalı televiziya aparıcısı və aktrisa Amanda Holden evinin həyətində dovşanları üçün malikanə tikdirib. Ev Holdenin qızları üçün keçmiş uşaq oyun evinin əsasını təşkil edib.
 

Aktrisanın iki dovşanı üçün hazırladığı evdə iki mərtəbəli çarpayılı yataq otağı, mətbəx və qonaq otağı var. Heyvanlar üçün sahibinin üzü təsviri olan yastıq da hazırlanıb. Taxta malikanənin bir neçə pəncərəsi, giriş qapısı var və ərazinin qarşısı hasara alınıb. Malikanə altı min funt sterlinqə (13 251 AZN) başa gəlib. Holdenin social şəbəkə paylaşımındakı statusuna rəy yazan ingilisdilli izləyicilərinin nə yazdıqlarını anlamasamda, inanıramki, “dovşanın olaydım ay Holden” yazan insanlar mütləq oldu.
 

Nəisəki dünya şou-biznesi dünya gündəmini vecinə almadan öz keyfindən qalmır.

Əntiqə Rəşid