adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Sentyabr 2020 22:49
48417
DÜNYA
A- A+

Rusiya Navalnını dindirmək istəyir

Rusiya Baş Prokurorluğu bloger Aleksey Navalnını dindirmək, o cümlədən onun Novosibirsk və Tomsk səfərinin təfərrüatını öyrənmək istəyir.

Adalet.az  xəbər verir ki, müvafiq sorğu artıq Almaniyanın Ədliyyə Nazirliyinə göndərilib.

Bundan əlavə, alman mütəxəssislərindən bütün analizlərin və toksikoloji tədqiqatların nəticələri istənilib. Müstəntiqlər blogerin zəhərlənmə versiyasını nəzərdən keçirmək və səhhəti ilə birbaşa tanış olmaq niyyətindədirlər.

Navalnının Almaniyada dindirilməsi planlaşdırılır.