SON DƏQİQƏ:

Ömrünün sonlarını xeyriyyəçiliyə həsr edən qəhrəmanımız

  99532   |  
Şriftin ölçüsü  

Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, tarixini yaradan şəxsiyyətlərə, Vətənin azadlığı naminə canını fəda edən oğul və qızları ilə də haqlı olaraq öyünür.

Xalqımız Vətəni yadelli düşmənlərdən qoruyan, ağıllı tədbirləri ilə xalqına düzgün yol göstərən Varaz oğlu Cavanşirlə, Uzun Həsənlə, Şah İsmayıl Xətai ilə, doğma Vətəni uğrunda da canından keçən, ölümün gözünə dik baxan Babəklə, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi yolunda canını qurban verən igid qəhrəmanları ilə həmişə fəxr edib, onları əbədi xatirə kimi qəlbində yaşadıb.

Qəhrəmanlar heç vaxt unudulmur. Aprel döyüşləri və eləcə də artıq bir aydan çoxdur davam edən II Vətən Müharibəsi göstərdi ki, Azərbaycanın qəhrəmanlıq məktəbi daima yaşayıb və bu gün də yaşayır. Bizdən qabaqkı nəsil Qarabağı itirmişdilər, amma sona kimi döyüşmüşdülər, indisə Qarabağı qarış-qarış qaytarırıq.

Qəzetimizin 16 iyun 1992-ci il sayında dərc olunan tarixi faktlardan birini sizə təqdim edirəm. Tarixdə imzası olan, əsrimizin əvvəllərində Azərbaycanın Zəngəzur mahalını və Qarabağı daşnaq təcavüzündən xilas edən layiqli oğullarımızdan biri Xosrov bəy Paşa bəy oğlu Sultanov haqqında məlumatı olmayanlar üçün yeni, olanlar üçün isə bir də təkrar olsun (o, xalq qəhrəmanı Sultan bəyin ortancıl qardaşıdır).

Xosrov bəy 1879-cu ildə keçmiş Mağavız mahalının Kürdhacı kəndində (indiki Laçin rayonu), öz müdrikliyi ilə tanınan el ağsaqqalı Paşa bəyin ailəsində anadan olub (sonralar Xosrov bəy atasının adını özünə təxəllüs kimi qəbul edir və Xosrov Paşa bəy Sultanov kimi məşhurlaşır).

Uşaq yaşlarından dərin ağıl və zəkaya malik olan Xosrov bəy Hacı Samı bəylərindən olan atası Paşa bəyin səyi ilə ilk təhsilini Şuşada aldıqdan sonra orta təhsilini Gəncə klassik gimnaziyasında başa çatdırır, 1897-ci ildə Novorossiysk universitetinin (Odessa) tibb fakültəsinin pediatriya şöbəsinə qəbul olur. O burada qələbə yoldaşı Nəriman Nərimanovla tanış olub dostlaşır. Onlar birlikdə universitetdə təşkil edilmiş azərbaycanlı təıəbələrin  “həmyerlilər” (Zemlyaçestvo) təşkilatının fəal üzvlərinə çevrilirlər.

1903-cü ildə universiteti fərqlənmə diplomu ilə başa vuran Xosrov bəy həkim kimi Tiflis şəhərinə gəlir, müəyyən müddət burada yaşayır və həkimlik edir. Onun məhz siyasi-ictimai fəaliyyətə başlaması da bu şəhərlə bağlıdır. O, Tiflisdə yaşayan azərbaycanlıların, demək olar ki, bütün mədəni-maarif cəmiyyətlərinin işində gəal iştirak edir, 1916-cı ildə Bakı şəhərinə köçüb öz həkimliyini davam etdirir.

Heç bir firqəyə mənsubiyyəti olmayan, bitərəf Xosrov bəy Rusiyada 1917-ci ildə baş verən fevral burjua inqilabından sonra siyasi hadisələrə qoşulur, tərəddüd ermədən geniş fəaliyyət göstərən “Ədəmi mərkəziyyət” (Müsavat) firqəsinə üzv olur. Həmin ildə o, Bakıda keçirilmiş musavat firəqəsinin I qurultayında fəal iştirak edərək Məmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan Milli Hərəkatının ilk mübarizlərindən birinə çevrilir.

Rusiya müvəqqəti höküməti Zaqafqaziyada yaşayan millətlərin milli hərəkatınnı qarşısını almaq, onu zəiflətmək məqsədilə 1918-ci ildə Tiflis şəhərində “Zaqafqaziya seymi” çağırılır. Seymdə 47 nəfər Azərbaycan nümayəndəsi heyətində Xosrov bəy Sultanov da iştirak edir. O, seymdəki fəaliyyəti dövründə bəzi siyasi düşüncələrinə görə “Müsavat” firqəsindən çıxaraq, vaxtilə Qarabəy Qarabəyov tərəfindən yaradılmış “İttihad” firqəsinə üzv olur.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti elan olunanda Xosrov bəy Fətəli xan Xoyskinin təşkil etdiyi koalisiyon kabinetdə hərbi nazir, ikinci və üçüncü hökümət kabinetlərində ziarət (torpaq) naziri vəzifələrini icra etməyə başlayır. Elə həmin ildə də o, Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə yekdilliklə üzv seçilir.

1919-cu ilin əvvəlində Zəngəzurda və Qarabağda erməni daşnak dəstələrini fəaliyyəti güclərindən Azərbaycan Demokratik Respublikası Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarını əhatə edən xüsusi səlahiyyətli “Qarabağ general qubernatorluğu” yaratmaq məcburiyyətində qalır,  Xosrov Paşa bəy Sultanovu Qarabağ general-qubernatoru təyin edir. Sonralar öz əqidəsini dəyişmiş “məşhur inqilabçımız” Çingiz İldırım Sultanov Zəngəzur və Qarabağda general-qubenator Xosrov Paşa bəyin müavini olur.

O vaxtlar da erməni daşnakları cilahsız Zəngəzur və Qarabaö kəndlərinə tez-tez basqınlar edirdi. Erməni millətçilərinin yeganə məqsədi Qarabağın dağlıq hissəini Azərbaycandan ayırıb Ermənistanla birləşdirmək idi, hərbi əməliyyatlara ermənilərin tanınmış generalları Dro Konayan və Njde başçılıq edirdilər. Olduqca tədbirli bir şəxs olan Xosrov bəy  öz böyük qardaşı Sultan bəyə erməni millətçilərinin bütün cəhdlərini dəf edərək Qarabağa və Zəngəzur qəzasına yeridilən nizami erməni qoşun hissələrini darmadağın edir. Bu məğlubiyyətdən sonra sakitləşə bilməyən erməni millətçiləri Ararat daşnak köməyi ilə Qarabağın Taqavert kəndində 192-ci ilin əvvəllərində oyuncaq “Milli hölkümət” yaradırlar. Bu “hökümət”in ömrü çox qısa olur. Xosrov bəyin səyi nəticəsində hökümət ləğv olunur.

Azərbaycanda Sovet höküməti qurulduqdan sonra Xosrov Paşa bəy Sultanov Şuşa inqilab komitəsinə üzv seçilir. 1920-ci ilin payızında Zəngəzurda general Njde, Qarabağda hadrutlu çar zabiti Tevan Stepanyan (Xankəndiyə bu adamın adını qoyublar) və Baxşı İşxanyan daşnak qiyamını təşkil etsələr də, Xosrov bəy onları qətiyyətlə öz yerlərində oturdur. Lakin mənfur XI ordu CK-nın sədri, Azərbaycan xalının cəlladı Pankratov Xosrov bəyi çoxdan izləyirdi. Öz elinə can-başla xidmət edən Xosrov bəy guya Qarabağda baş verən daşnak və müsavatın antisovet qiyamının başçısı kimi həbs edilərək Bakıya göndərilir.

Xosrov bəyi yaxşı tanıyan Nəriman Nərimanov  onu həbsdən azad etdirir, xahişini nəzərə alaraq Türkiyəyə getməsinə icazə verir (N. Nərimanov Xosrov bəyin təhlükəsizliyini Türkiyəyə qədər təmin etmək məqsədilə Bakını milyonçu qoçusu Teybur bəy Aşurbəyovu ona müşayiətçi verir). Türkiyənin Trabzon şəhərində məskunlaşan Xosrov bəy burada “Xeyriyyə cəmiyyəti” təşkil edir. Bu cəmiyyət Azərbaycandan qaçan mühacirlərə, müsavatçılara və burjua ziyalılarına yardım etmək üçün yaradılmışdı. Sonralar İstanbula köçən Xosrov bəy öz siyasi fəaliyyətini daha da genişləndirir.

Böyük siyasi-ictimai xadim, xalq qəhrəmanı dərəcəsinə qədər yüksələn Xosrov Paşa bəy Sultanov 1941-ci ildə İstanbulda vəfat edir və orada təntənə ilə dəfn edilir.

Ömrünün sonlarını Vətəndən kənarda yaşasa da xeyriyyəçiliklə öz soydaşlarına xidmət edən bir qəhrəmanı unutmaq tarixə xəyanətdir...

 

Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK