adalet.az header logo
  • Bakı 18°C
29 Noyabr 2020 20:00
19602
DÜNYA
A- A+

Tixanovskaya Putinlə görüşmək istəyir

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini açıqlayıb.

Gazeta.ru xəbər verir ki, Tixanovskaya Belarus məsələsində Moskvanın mövqeyini eşitmək istəyini bildirib.

“Təbii ki, qonşuyuq və münasibətlərimizi gələcəkdə də davam etdirəcəyik”, - deyən siyasətçi belarusların bunu gözlədiyini qeyd edib.

Tixanovskayanın sözlərinə görə, Belarus xalqı Prezident Aleksandr Lukaşenko rejiminin dəstəyini deyil, belaruslar və gələcəyi birlikdə qurmaqla bağlı açıqlamaları gözləyirlər.