SON DƏQİQƏ:

Məktəblərdə dezinfeksiya hansı şəkildə aparılır? - Səhiyyə Nazirliyindən açıqlama

  22858   |  
Şriftin ölçüsü  

Dezinfeksiyaedici maddələr ocaqlı və profilaktik dezinfeksiya məqsədilə istifadə olunur. Ocaqlı dezinfeksiyada infeksion xəstəlik keçirmiş xəstənin olduğu yer dezinfeksiya edilir, profilaktik dezinfeksiyadan isə infeksion xəstəliyin yaranmasının qarşısını almaq üçün istifadə edilir. Bu məqsədlə virus və bakteriyaların daha cox yayılmasına səbəb olan yerlər- əhalinin sıx məskunlaşdığı ərazilər, məktəblər, müəssisələr dezinfeksiya olunur.

Adalet.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Dezinfeksiya Mərkəzinin baş həkimi Akif Məmmədov deyib.

O qeyd edib ki, dezinfeksiya edici maddələr mikroorqanizimləri yəni xəstəlikləri virus və bakteriyaları qısa müddətdə məhvetmə xüsusiyyətinə malik olmalıdır, həmçinin insan orqanizmi üçün də zərərsiz olmalıdır: "Təhsil müəssisələrində dezinfeksiya işləri adətən nəm üsul ilə aparılır. Bu üsulda məktəblərdə dezinfeksiya işləri apardıqdan 2 saat sonra nəm dəsmal ilə silinməlidir. Dezinfeksiya məqsədilə bromosept istifadə olunur. Bu zaman da sinif otaqlarını partaları pəncərəaltlıqları, pilləkən tutacaqları dezinfeksiya olunur. Profilaktika məqsədilə həftədə 1 dəfə ancaq məktəbdə infeksion xəstəlik aşkar olunarsa istisna olaraq həmin ərazi ocaqlı dezinfeksiya olunur. Bu dezinfeksiyalarla yanaşı məktəblərdə növbələr arası cari dezinfeksiya işləri də aparılmalıdır.

Bu maddələr normalda insan orqanizmi üçün zərərsizdir, amma ehtiyatsızlıq nəticəsində əlimiz dəysə və yaxud da hər hansı nahiyyəmizə təmas etsə ziyanı ola bilər. Əldə, dəridə qaşınma, qızartı gözdə göynəmə hissi yarana bilər.

Əsasən təhlükəsizlik qaydalarına diqqət etməliyik. Bunun üçündə ilk öncə bu işi görən işçilər xüsusi geyimlərlərdən (xüsusi əlcək, maska, eynəklərdən) istifadə etməlidir. Digər insanların təhlükəsizliyi üçün müvafiq əməkdaşlar təlimatlandırılır".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK