SON DƏQİQƏ:

Könül Nurullayeva sakinlərin müraciətləri ilə maraqlanıb - FOTO

  18962   |  
Şriftin ölçüsü  

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə mütəmadi səyyar qəbullarını davam etdirir. Növbəti qəbul E.Süleymanov 108, 133, 135, 137, Rüstəmov 66, 68, 70 və Keşlə qəsəbəsi M.Ağayev küçələrində baş tutub. Qəbul zamanı millət vəkili ünvanlarda sakinlər ilə görüşüb, onları narahat edən məsələlər barədə maraqlanıb. Seçiciləri narahat edən problemlərin müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb.

K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, sakinlərini ən çox narahat edən məsələlər və edilən təkliflər məhəllədaxili yolların təmir edilməsi, binalarda su təchizatı, ağacların budanması, abad məhəllələrin salınması, dam örtüklərinin bərpası, həyətlərdə uşaq yelləncəklərinin qurulması kimi dəyərləndirilmişdir.

Keşlə qəsəbəsi M. Ağayev küçəsindəki səyyar görüş zamanı bir qrup sakin millət vəkili K. Nurullayevaya 15 saylı avtobus xəttinin M. Ağayev küçəsindən keçməklə fəaliyyət göstərməsi haqqında müraciətlər edib. Sakinlər əraziyə daxil olan avtobus xəttinin olmaması, ən yaxın avtovus dayanacağının M. Ağayev küçəsindən 860 metr məsafədə yerləşməsi, bu səbəbdən yaşlı əhalinin və soyuq hava şəraitində sakinlərin nəqliyyatla bağlı problem yaşadıqlarını bildiriblər. Sakinlərin qaldırdığı məsələni araşdırmaq və müvafiq qurumlara müraciətlər ünvanlamaq məqsədilə millət vəkili K. Nurullayeva məsələni icraata götürüb.

K.Nurullayeva karantin rejiminin qaydaları çərçivəsində sakinlərlə səyyar görüşlərini bundan sonra da davam etdirəcəyini qeyd edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-15
2021-05-14

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK