adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Aprel 2021 09:40
25017
DÜNYA
A- A+

Ərdoğan üç yeni naziri vəzifəyə təyin etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üç yeni naziri vəzifəyə təyin edib və hökumətdəki bir sıra nazirləri əvəzləyib.

Bu barədə “Resmi Gazеte” məlumat yayıb.

R.T.Ərdoğanın imzaladığı sərəncama əsasən, Mehmet Muş Türkiyənin yeni ticarət naziri təyin edilib, Dərya Yanık isə ailə və sosial xidmətlər naziri vəzifəsinə təyin olunub.

Həmçinin Türkiyədə yeni Əmək və Sosial Təhlükəsizlik Nazirliyi yaradılıb.

Bu nazirliyin rəhbərliyi Vədat Bilginə tapşırılıb.