adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 May 2021 09:44
21305
HADİSƏ
A- A+

“Şamaxinka”da 10 yaşlı qaraçı uşağı avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, “Şamaxinka” adlanan ərazidə 10 yaşlı qaraçı uşaq, Dərvişov Həsən Knyaz oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.