adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 May 2021 17:55
59821
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: MƏNDƏN DANIŞ...

(Sənə üz tutub özümüzə yazdığım məktub...)

Salam!

İstədim ki.

könlümdəki

boyatımış -

duyğulara boyadılmış-

bir diləyi

xatırladam...

yada salam...

Vaxtın olsa,

ya həvəsin

Ya da , elə fürsət düşsə,

və yaxudda

söhbət gəlib

sözdən keçsə -

Bir kəlmə də

layiq bilsən -

məndən danış...

Olduğum tək-

hər halımı,

dünənimi,

bu günümü,..

açılası sabahımı -

xatirəmi,

xəyalımı ...

Vərəq- vərəq,

sətir- sətir

dilə gətir -

bircə bircə - dən, dən danış...

Bilən bilsin,

görən görsün...

Bilməyən də,

görməyən də

açıq desin -

Söyləsin ki, budur son -

unut onu!-

yəni, məni...

Bax bu anda -

Sənin gerçək sevginəmsə...

Susma,

sənə təndən danış...

Bu məqamda

duruxmaqla,

hətta, hətta karıxmaqla

İçindəki darıxmaqla -

Kiprikdə şeh,

çöhrədə nur...

bu söhbətə

Sən bal kimi -

şipşirin bir,

yekun da vur : -

Öz , özündən...

özümüzdən...

ikimizdən -

yəni məndən, səndən danış!..