SON DƏQİQƏ:

FAİQ QİSMƏTOĞLU: DEYİRLƏR Kİ, TOY OLACAQ...

  33788   |  
Şriftin ölçüsü  

Yazının sərdövhəsi  mənə məşhur bir  filmimizin – «O olmasın, bu olsun» kinosunda Məşədi İbadın dostlarını  xatırlatdı. Məşədi İbadın dostları  çox səbirsizliklə onun toyunu  gözləyirlər. Çünki dostlar bilirlər ki, Məşədi İbad varlı adamdır və bu ortada yeyib qıraqda gəzənlərə çoxlu pul xərcləyəcək. Ona görə də Məşədi İbadı görən kimi  çiçəkləyir çırtlayır və hamısı bir  ağızdan dillənirlər: «Deyirlər  ki toy olacaq, Məşədi İbad qız alacaq».

İndi biz uzun müddətdir ki, pandemiya ilə əlaqədar  olaraq toy-düyün, hətta nişan mərasimi  belə keçirmirik. Təbii ki, belə bir durumda sanki  insanların əli-qolu bağlanıb və dərd üstündən dərd gəlir.  Minlərlə, on minlərlə adam çox böyük  səbirsizliklə Nazirlər  Kabineti  yanında  Operativ Qərargahın  çıxaracağı qərarı gözləyirlər. Zarafat deyil ey, düz bir  ildən  çoxdur ki, ölkədə heç kim balasına  toy edə bilmir… Düz bir  ildən  çoxdur ki, insanları dərd-kədər  basıb… Düz bir ildən  çoxdur ki, hamı  səbirsizliklə toyların  keçirilməsi ilə bağlı çıxaracaq qərarı gözləyir...

Ancaq hələ ki bu qərar verilməyib. Cəmiyyət  və ictimaiyyət  arasında belə bir  fikir var ki, iyunun  əvvəllərində ölkədə  müəyyən  məhdudiyyətlərlə toyların  keçirilməsinə icazə veriləcək. Ancaq elə adamlar var ki, bu  məhdudiyyətlər  vaxtında da kimlərinsə bığının altından  keçəndən  sonra toy eləməyi  bacarıblar. Babalı deyənlərin boynuna, kimlərisə görməlisən və onlar «hə» deyəndən sonra gedib toyunu edə bilərsən. Bu nə dərəcədə həqiqətdir, həqiqət deyil, bu barədə dəqiq fikir söyləyə bilmərik.  Dəqiq  fikir bundan  ibarətdir ki, hələ ki, ölkə ərazisində toyların  keçirilməsi ilə bağlı heç bir  dəqiq fikir yoxdur.

Təbii ki, iyun  ayında toy eləmək  üçün əlverişli  şərait  olur. Ən azından şadlıq saraylarının  salonlarında deyil, onların  gen-bol  həyətlərində bu toyu  eləmək mümkündür. Üstəlik də rayon yerlərində açıq havada toy eləmək  daha asandır. Ən azından  ona görə ki, kənd yerlərində  əksər adamların  həyətyanı  sahəsi  bir hektara  yaxındır və bu bir hektarda dədə-baba  qaydası ilə çadır qurub çox qəşəng bir  toy eləmək olar. İnanın, camaatın dədə-baba toyları üçün lap  burnunun  ucu göynəyib. Üstəlik də açıq havada olan  toylarda  heç  virusa  yoluxmaq da mümkün deyil. Təki tezliklə Operativ Qərargah razılıq versin, camaat da öz toy-düyününü  eləsin.

Toylarla yanaşı iyun ayında metronun  açılmasını da deyənlər var. Artıq  Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edənlər  lap  boğaza yığılıblar. Çünki  şəhərin  bütün  küçələrində avtomobil  sıxlığı  olduğu  üçün yarım saatlıq yolu  2-2,5 saata  getmək  olur . Az qala Bakıda bütün günü  tıxaclardı.  Və bu tıxacların  əziyyətini  çəkən  sürücülər və sərnişinlərdi. Deyilənlərə görə, bu gün Bakıda  4 milyona  yaxın insan var. Onların hamısı ictimai nəqliyyatdan və şəxsi avtomobillərdən  istifadə edirlər. Deməli, metronun da yükü dediyimiz o nəqliyyat vasitələrinin  üzərinə düşür.

Bizim millətin sevinməyə və rahat yaşamağa  mənəvi  haqqı var. Necə ki otuz ildən sonra torpaqlarımız geri qaytarıldı və ağır  yük çiynimizdən götürüldü. İndi də  pandemiya şəraitindən Allahın  köməkliyi ilə tezliklə  çıxacağıq. Çünki xəstəliyə yoluxanların  sayı günbəgün  azalır  və bir çox məhdudiyyətlər  aradan qaldırılır. Və tezliklə eşidəcəyik ki, toylara da icazə verilir, metropoliten də işləyir. Və onda bir daha sevinəcək, çiynimizdən  ağır  yük götürüləcəkdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK