adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 Iyun 2021 10:10
72439
MARAQLI
A- A+

Saçlarımız niyə ağarır? - “Quran”ın və elmin gəldiyi nəticə...

Dünyanın heç bir yerində heç kəs keçəl olmaq istəməz. İstər qadında, istərsə də kişidə saçlar  gözəlliyin əsas hissələrindən biridir. Həm Azərbaycan, həm də şərq ədəbiyyatında ta qədimdən günümüzə qədər bu gözəlliyə həsr edilmiş  minlərlə nəzm əsərlərinə rast gəlmək olar.” Mişk zülfün nə gözəl, aləmə ənbər dağıdır,
Gör nə xoşdur, gözəlim bir belə ənbər istərəm! “ (Nizami Gəncəvi), “Könlüm açılır zülfi-pərişanını görcək, nitqim tutulur qönçeyi-xəndanını görcək”(Məhəmməd Füzuli) “İstər Ələsgərdən yar ala canı,tökəndə zülflərin, a yana, yana (Aşıq Ələsgər) və sair...


Bu gözəllik - saçlar niyə ağarır?


Saçların ağarması insanların qanını qaraldır. Bəs görəsən bu niyə baş verir?
Alimlərin araşdırmasına görə, saçın kökündə olan rəng hüceyrələri - melaninin istehsalı hansısa səbəbdən dayanır. Melanin olmadıqda tük gümüşü çalar alır. Əgər ağ tükə mikroskop altında baxsaq, şəffaf boruya bənzər bir şey görərik. Deməli, melaninin əmələ gəlməsini normallaşdıran və artıran üsullar tapılmalıdır.
*Genetik səbəblər-nəsildən gələn, stres, əsəb, fikir, qorxu, həyəcan, uğursuzluq, qeyri-normal qidalanma, alkoqol, siqaret, yuxunun pozulması, qalxanabənzər vəzi və mədə-bağırsaq sisteminin pozulması, günəşin altında çox qalmaq...


“Tfu şarlatan” - Ağ saçları qopartmaq doğrudurmu?

 

 

Məşhur “O olmasın, bu olsun” filmində hənadan sonra saqqalında qalmış ağ tükü qopardan Məşədi İbadın məlum frazasından məlumdur ki, qara tüklərin arasında ağ tük görmək elədə xoşagələn hal deyil! Hətta el arasında deyirlər ki,ağ tükü qopartmaq onun daha da yayılmasına səbəb olur.Bu həqiqətən də belədir.Hələ ki, bunun elmi səbəbini araşdırmayıblar, amma gerçəkdən ağ tükləri qopartdığınız yerdən yenə də ağ tük çıxacaq. 
Əgər saçlarınızda 4-5 dənə ağ tük varsa,onlara görə tez-tez boyamayın. Boyanı saçlar 30% ağaranda qoyun.Əgər başda 25 yaşında artıq 3-4 ağ tük varsa, deməli, gələn il onların sayı 6-7 olacaq. Çünki ağ saçlar ilbəil iki dəfə artır.
Saçların ağarmasını vaxtından əvvəl qocalmağa yozan qadınlar bəzən sözün həqiqi mənasında bir gərginlik yaşayırlar. Onlar hesab edir ki, kişilərdə ağ saçlar onu yaraşıqlı göstərir. Kişilər isə əksinə, qadının saçında ağ tükləri görən kimi "Yəqin yaşlanır" deyə düşünür. Əlbəttə ki, onlar səhv düşünür. Saçların ağarması dünyanın sonu deyil. O,sizin səhhətiniz üçün də problem deyil. Ən pisi saçların tökülməsi və keçəlləşmədir. Ağarmış saç elə saçdır, sadəcə rəngi yoxdur.
Yeri gəlmişkən, ani qorxu və şok yaşayan insanlarda saç bəzən bir gün və ya bir neçə gün ərzində ağara bilir. Saçın bu şəkildə ağarmasının səbəbi isə kimya sahəsində Nobel mükafatı alan Robert Lefkovitsin (Robert Lefkowitz) rəhbərliyibdəki qrupun keçən il apardığı araşdırma ilə öyrənilmişdi. Siçanlar üzərində aparılan araşdırmada xroniki stresin DNT-də ziyana səbəb olan mexanizm yaratdığı və bunun saç ağarmasına gətirib çıxardığını müəyyən etmişlər. Stress nə qədər ağırdırsa, DNT-dəki zərər də o dərəcə ağır olur və insanların saçı buna müvafiq olaraq ağarır.

 

Saçların ağarmasının  qarşısını almaq olarmı?- Çarələr...

 

 

Sarımsaqlı maska - 2 diş sarmısağı əzin, kütləni saçın yalnız diblərinə sürtün.Əgər saçınız qurudursa, bu kütləyə bir az ayıpəncəsi yağı damızdırın.Başınızı dəsmalla sarıyın,2 saat sonra yuyun.Ancaq isti su ilə yuyub,axırda alma sirkəsi qatılmış su ilə yaxalayın ki,kəskin qoxu hiss olunmasın.
Kök və limon maskası-Bir xörək qaşığı kök şirəsinə eyni miqdarda limon suyu qatın.Kütləni saçın diblərinə çəkin.40 dəqiqə sonra ilıq su ilə yuyun.
İtburnu losyonu - İtburnunu termosda 12 saat dəmləyin.Sonra şüşə qaba süzün.Bu losyonla baş dərisini həftədə 2-3 dəfə silin.Yumağa ehtiyac yoxdur.Losyon saçların sürətlə ağarmasının, dibdən ağ saçların çıxmasının qarşısını alır.Əslində bu losyon, yağ və maskalara gənc yaşlardan başlamaq lazımdır ki, saçlar qidalansın, qüvvətlənsin.

 

 Müqəddəs  “Quran”  nə deyir? 

 

 

Saçların ağarması kimi bir çox fiziki və ruhi sıxıntılara səbəb olan stress Allahın Quranda dindən uzaq yaşayan insanlarla bağlı bildirdiyi vəziyyətdir: “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq…” (Ta ha surəsi, 124) ayəsi ilə Rəbbimiz təvəkkülsüz qullarının çətin və stresli həyat yaşayacaqlarına diqqət çəkir. Başqa ayədə isə “...yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur...” (Tövbə surəsi, 118) şəklində buyurulur.
Bu sıxıntılı və stresli həyat iman gətirməyənlərin gözəl əxlaqdan uzaq yaşamalarının nəticəsidir. Bu gün həkimlər stressin təsirlərindən qorunmaq üçün dinc və sakit ruha, dinc, hüzurlü və narahatlıqlardan uzaq psixologiyaya sahib olmağın vacibliyini ifadə edirlər. Dinc və rahat psixologiya ancaq Quran əxlaqını gündəlik həyata keçirmək, qədərə təslim olmaq və Uca Allaha təvəkkül etməklə mümkündür. Belə ki, Allah Quranda bir çox ayədə iman gətirənlərin qəlbinə “güvən və rahatlıq” verdiyini bildirir. Rəbbimizin iman gətirən qullarına vədi isə bir ayədə belə xəbər verilir:
“Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Nəh surəsi, 97)

Son olaraq:  saçlarınızın ağarmasını özünüzə dərd etməyin! Ən əsası odurki, yaxşı işlər görün! Əzizlərinizin və sevdiklərinizin yanında olun, onları sevin, onlara qayğı göstərin! Gözəl həyat yaşamağa çalışın!

 Əntiqə Rəşid