Gəncədə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi
Gəncə şəhərinin Kəpəz rayonunda binada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.