SON DƏQİQƏ:

Tutya - Əntiqə Rəşid yazır

  58359   |  
Şriftin ölçüsü  

Sonuncu dəfə Şuşada 1991-cı ilin yayında olmuşdum. Bəlkə də elə bu vaxtlar idi... Pedaqoji Texnikumda təhsil alan tələbə bacımın imtahan vaxtıydı, yanına getmişdim. Cıdır düzünü də, İsa bulağını da son dəfə o vaxt görmüşdüm. Şuşanın özündə də çoxlu bulaqlar vardı,. hər məhlədə. Hamısı da bal kimi, buz kimi...

Amma o vaxt İsa bulağından içməyənlər yalnız şəhərin içindəki bulaqları bal bilərdi, buz bilərdi. İsa bulağı da həm bal kimi idi, həm buz kimi, dumduru damçıları da gün işığında briliyant dənələrinə bənzəyirdi...üstəlik tərkibində nə vardısa suyu içəndən yarım saat sonra adamın gözü də, ağzı da yemək axtarırdı. Ümumiyyətlə, Qarabağın çayları da , şəlalələri də, bulaqları da elə bir möcüzədi ki, onlarla bir dəfə tanışdınsa, gözün ömrü boyu elə onları axtarır. Yerik kimi axtarır, tapanda da tutya bilir. Onda da bilmirsən, qoxlayasan, öpəsən, içəsən, saxlayasan....

Bu gün çox maraqlı bir nüans oldu redaksiyamızda... Millət vəkili , “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas redaksiyada nə qədər işçi vardı , hamısını topladı böyük zala...

Aqil müəllim 30 ildir əl-əl gəzdiyi, həsrət qaldığı İsa bulağının bir udumluq suyunu avcuna almışdı. Şuşalı şair Əyyub Şırlanlının oğlu Kənanın Şuşadan onun üçün gətirdiyi bir butulka bulaq suyunun sevincini yaşayırdı və o sevinci oradakılara da yaşatmaq istəyirdi. O bir butulka suyu 2-3 qurtum qərəli hamıya süzdü.

 

Millət vəkili, qəzet təsisçisi, tanınmış yazıçı, publisist, baba- ata... uşağa dönmüşdü, uşaq kimi sevinirdi, Elə bil uzun illər yetimlik yaşamış bir uşağdı, qəflətən deyirlər ki, sən yetim deyilsən, anan sağdı, gəlib , qapının ağzındadır. Sevinci yerə-göyə sığmırdı. İstəyirdi ki, hamı qoşulsun ona sevinsin, hamı İsa bulağının möcüzəsini , dadını, tamını , dəyərini bilsin, elə Aqil Abbas kimi o suyu sevsin, tutya bilsin.

Suyu” Bu su Azərbaycanın Zəmzəmidir” deyə təqdim etdi. Bir qurtum içdi qalanını üz-gözünə çırpıb” qoy üzümüzə nur gəlsin” dedi.

Təbii ki, redaksiyadakıların bir çoxu Şuşanı görməyib, hec təsəvvürləri də yoxdu, Amma bu gün onlar Aqil Abbası uşaq kimi sevindirən, Allah bilir xəyallarını haralarasa, hansı, günə-saata aparan , Şuşa özləmini ortaya qoyan 2-3 qurtumluq o bulaq suyundakı möcüzəni anlamağa çalışdılar.

Hə bir də tutyanın nə olduğunu anladılar...

 

Şuşanın İsa Bulağı

Yeri gəlmişkən, İsa bulağı Şuşa rayonu ərazisində, rayon mərkəzindən 4 kilometr məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. Azərbaycanın, Qarabağın ən məşhur istirahət yeri hesab olunur. Yerli məlumata görə, İsa bulağı XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı bir nəfər biçinçinin adı ilə bağlı olaraq belə adlanmışdır. Əlbəttə, başqa mülahizələr də vardır. İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi dumdurudur.

Şuşalılar və şəhərin qonaqları tez-tez adətən orada istirahət etməyi xoşlayırdılar. Ayrı-ayrı musiqiçilər, çalğıçı dəstələri istirahət edənləri əyləndirirdilər. İsa bulağına gələn hər çalğıçı dəstəsinin öz xanəndəsi olardı. Xan əmi (Şuşinski) də tez-tez orada qardaşı tarzən Allahyar və kamançaçısı ilə çıxış edərdi.

Məşhur xanəndə, İsa bulağının susmaq bilməyən bülbülü Mürsəl kişini (soyadı Hacıyev idi) bütün Şuşada, Qarabağda hamı tanıyırdı. O, hər gün İsa bulağına ən sadiq olan 110 yaşlı Mürsəl babanı 1988-ci ildə xaincəsinə qətlə yetirdi. İsa bulağına gəlib Mürsəl əminin səsinə qulaq asmamaq günah sayılardı. Yəqin ki, hələ bundan sonra da uzun müddət tarçalan Əvəzin, kamançaçı Şirinin müşayiəti ilə İsa bulağında oxuyan xanəndə Mürsəlin zəngulələri onu eşidib-görənlərin xatirindən silinməyəcəkdir.

 

 

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK