SON DƏQİQƏ:

Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik alverçisi saxlanılıb

  19956   |  
Şriftin ölçüsü  

Sosial şəbəkələrdə görüntüləri yayılan narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, son günlər sosial şəbəkələrdə binaların birinin blokunda narkotik vasitələrin satışını özündə əks etdirən və polis əməkdaşlarının guya bu şəxsin əməlinə göz yumması ilə bağlı bəzi şəxslər tərəfindən böhtan xarakterli məlumatlar yayılıb. Həmin görütülər tərəfimizdən araşdırılıb.

Məlum olub ki, qeyd edilən video paytaxtın Xətai rayonunda lentə alınıb. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən video görüntülərdəki şəxs paytaxt sakini Murad Əsədzadə saxlanılıb. Bu şəxsin üzərinə baxış zamanı 10 büküm satış üçün qablaşdırılan heroin aşkar edilib.

Qeyd edək ki, araşdırma zamanı M.Əsədzadənin narkotik vasitələri yaşadığı mənzilin giriş qapısında satmaq üçün gizlətdiyi və narkotik vasitəni ondan alan şəxsin də heroini oradan götürdüyü görünür.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Murad Əsədzadə barəsində cinayət işi başlanılıb və o, tutularaq istintaqa təqdim edilib. Murad Əsədzadənin narkotik vasitələri əldə etdiyi mənbənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK