SON DƏQİQƏ:

Sabahınız xeyir, şəhər adamları! - Emin Piri yazır

  2050   |  
Şriftin ölçüsü  

Hər səhər Sumqayıtdan Bakıya işə gələrkən insanları, yolları, bir sözlə qarşıma çıxan nə varsa müşahidə etməyə çalışıram. Təkcə maraqdan deməzdim. Bakı-Sumqayıt yolunun tıxacı, marşrut, taksi gözləmək vaxtını əsəb yaşamadan keçirmək mümkün deyil. Ona görə də müşahidələr və.s ilə keçirmək ən yaxşısıdır. Ən azından zamanın necə keçdiyini bilmirsən.

Həm yaradıcılıq baxımdan insana yeni materiallar verir, həm də dediyim kimi belə tıxaclarda zaman keçirmək...

Kənd marşrutlarını bilirsiniz, adətən hamı bir-biriylə minəndə salamlaşır. Bir müddət kənddə müəllim işlədiyimdən vərdiş etmişdim. Hər kəs bir-birinə tanıdı-tanımadı salam verir. Marşrutda da, hər hansı mağazada da. Düzü tanımadığın bu insanların salamı keyfin olmasa belə onun durulmasına səbəb olur. Ya da unudulmuş biri kimi hiss etmirsən özünü. Hətta səni tanımadan sadəcə salam xətrinə salam olsa da. Bir növ psixoloji terapiya da deyə bilərik buna...

Bakıya gələndə metroya, marşruta minəndə salamlaşırdım. Kənddən qalan həmin vərdiş; Sabahınız xeyir, günortanız xeyir.

Hiss edirdim ki, dəli kimi baxırlar. Düzdü, gülümsəyənlər, qarşılıq verənlər də olurdu. Zamanla bu "pis vərdişi"mi tərgitdim və ya tərgitməyə məcbur oldum.

Amma hiss etdiyim bir şey var, şəhərdə hər kəsin üzündə qəribə kədər, aqressiyya var. Təbəssümə möhtacdı şəhər adamları...

Bəlkə salamlaşmaqdan başlayaq bu kədəri, aqressiyanı itirməkçün?!

Sabahınız xeyir, şəhər adamları!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK